Litva prezidenti NATO ölkələrinin liderlər üçün şam yeməyi verib - FOTOLAR

img

12-07-2023 [00:45]


Litva Prezidenti Gitanas Nauseda NATO-nun Dövlət və Hökumət Başçıları Sammitində iştirak edən liderlər üçün şam yeməyi verib. 

Mia.az NTV-yə istinadla xəbər verir ki, həyat yoldaşı Əminə Ərdoğanla şam yeməyinə qatılan prezident Ərdoğanı Nauseda və xanımı Diana Nausediene qarşılayıb.

Ərdoğan Gitanas Nauseda və həyat yoldaşı Dian Nausediene ilə xatirə şəkli çəkdirib.

Prezident Ərdoğan naharda iştirak edən dövlət başçıları ilə səmimi söhbət edib. 

Liderlərin şən və səmimi əhval-ruhiyyəsi diqqətdən yayınmayıb.

Şam yeməyinə dəvət olunanlar arasında Ukrayna lideri Zeülenski də olub.

Samir Musayev

MİA.AZ

img img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR