SAHİBKARLIQ SAHƏSİNDƏ YOXLAMA: nələr dəyişdi? - Prezident yeni qanun təsdiqlədi
07-07-2023 [17:05]
Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun təsdiqləyib.
Mia.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində yoxlama aparan yoxlayıcıların hüquqları və vəzifələri müəyyənləşib.
Belə ki, yoxlama zamanı yoxlayıcının aşağıdakı hüquqları var:
- yoxlama obyektinin yerləşdiyi yerə maneəsiz daxil olmaq;
- yoxlama sualları ilə bağlı məlumatların, sertifikat, lisenziya, icazə və sahibkarlıq fəaliyyəti ilə bağlı digər hüquqmüəyyənedici sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsini sahibkarın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) və ya sahibkardan əldə etmək;
- yoxlama aktına əlavə edilməsi üçün yoxlama obyektinə aid olan sənədlərin və digər növ informasiya daşıyıcılarının surətlərini kağız və ya elektron informasiya daşıyıcılarında almaq, habelə yoxlama obyektinə dair məlumat olan müvafiq informasiya sisteminə daxil olmaq;
- foto, audio və video çəkiliş aparmaq.
Yoxlayıcı bu hüquqlardan yalnız səlahiyyəti çərçivəsində və müvafiq yoxlama suallarına uyğun istifadə etməlidir.
Eyni zamanda yoxlayıcının vəzifələri də müəyyənləşib. Bunlar aşağıdakılardır:
- yoxlamaları qanunun tələblərinə əməl etməklə sahibkarların hüquq və qanuni mənafelərinə uyğun həyata keçirmək;
- sahibkara öz hüquq və vəzifələri barədə məlumat vermək;
- yoxlama zamanı istifadə olunacaq və yoxlamanın hüquqi əsasını təşkil edən bütün hüquqi aktlardan, habelə yoxlayıcı orqanın (yoxlayıcının) qərarlarından çıxarışları sahibkara təqdim etmək və sahibkarlara məsləhətlərin və izahatların verilməsini təmin etmək;
- yoxlamanı tam, vaxtında, obyektiv və qərəzsiz həyata keçirmək, sahibkarın müəyyən edilmiş iş rejiminə və fəaliyyətinə mane olmamaq;
- bu qanunda müəyyən edilən hallar istisna olmaqla, sahibkara məxsus əşyaların və sənədlərin bütövlüyünü təmin etmək;
- yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın (onun səlahiyyətli nümayəndəsinin) yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara (onun səlahiyyətli nümayəndəsinə) bu sənədlərlə tanış olmaq imkanı yaratmaq;
- yoxlamanın həyata keçirilməsi prosesində tanış olduğu məlumatlar (sənədlər) barəsində bu Qanunun tələblərinə riayət etmək;
- yoxlama aktına sahibkarın, onun səlahiyyətli nümayəndəsinin və ya onun işçilərinin təqdim etdikləri hər hansı sənədi və ya onların nüsxələrini, yazılı izahatları əlavə etmək;
- yoxlama aktını tərtib etmək və bir nüsxəsini sahibkara təqdim etmək;
- müvafiq bildirişləri və məlumatları (sənədləri) sifarişli poçt göndərişi vasitəsilə sahibkarın qeydiyyat ünvanına, sahibkar tərəfindən elektron poçt və ya digər poçt ünvanı təqdim edildikdə isə həmin ünvana göndərmək;
- yoxlama müddətində sonradan sübut edilməsi mümkün olmayan və ya yoxlamanın icrasına mane olan hər hansı fakt (reyestrə daxil edilmiş hüquqi ünvanda sahibkarın və ya onun nümayəndəsinin olmaması, yoxlamanın keçirildiyi yerə girişə məhdudiyyət, tələb olunan sənədləri təqdim etməkdən imtina və s.) barədə qeydi yoxlama aktına daxil etmək və sahibkarın və ya onun nümayəndəsinin iştirakı ilə, onlar imtina etdikdə və ya onların iştirakı mümkün olmadıqda, müvafiq qeyd etməklə rəsmiləşdirmək.
Yoxlama zamanı yoxlayıcıya aşağıdakıları etmək qadağandır:
- səlahiyyətinə, sahibkara və yoxlama suallarına aidiyyəti olmayan məlumatları (sənədləri) tələb etmək və yoxlamaq;
- qanunla digər yoxlayıcıların nəzarət sahəsinə aid olan və ya yoxlama suallarının siyahısında nəzərdə tutulmamış məsələləri yoxlamaq;
- Qanunda göstərilən hallar istisna olmaqla, sahibkarın razılığı olmadan onun resurslarını (daşınmaz əmlakını, nəqliyyat vasitələrini, kompüterlərini, surətçıxarma avadanlığını, dəftərxana ləvazimatını və s.) istifadə etmək;
- sahibkardan yoxlayıcı orqanlara əvvəllər təqdim edilmiş məlumatları (sənədləri) tələb etmək.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
"Şərurlu İsfəndiyar" məhkəmədə: "Möhtərəm hakim, sizdən narazıyam"