"Badamlı Mineral Sular" satıldı - Vasif Talıbovun ailə biznesinin ətrafında nə baş verir?

img

04-07-2023 [12:11]


"Badamlı Mineral Sular" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) satılıb.

Mia.az "APA"ya istinadla xəbər verir ki, şirkət "Mineral Sular" MMC (6 fərdi sahibkar) tərəfindən satın alınıb. Artıq cəmiyyətin yeni icraçı direktorunun adı da məlumdur.

Bu vəzifəyə Azad Həsənov təyin edilib.

Qeyd edək ki, "Badamlı Mineral Sular" MMC-nin bundan öncəki rəhbəri Hümbət Qəhrəmanov Naxçıvan Muxtar Respublikasının keçmiş Ali məclis sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun bacanağıdır və şirkətin S.Talıbova məxsus olduğu bildirilirdi.

Məlumat üçün deyək ki, "Mineral Sular" MMC-nin üzvlərindən biri Naxçıvanda yerləşən "Ləzzət Qida Sənaye" MMC-nin təsisçilərindən olan Teymur Rzayevdir və hazırda "Sirab" şirkəti də bu quruma daxildir.

Məlumata görə, hazırda "Badamlı"nın idarəçiliyi də "Sirab"dadır.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA