Daşkəsəndə 23 yaşlı oğlanı sel aparıb

img

30-06-2023 [00:29]


Ötən gün axşam Daşkəsən rayonunda baş verən güclü daşqın 23 yaşlı oğlanı aparıb.

Mia.az xəbər verir ki, güclü leysan nəticəsində rayonun Təzəkənd kəndində baş verən sel  2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunun həyatına son verib.

Məlumata görə, Qabaqtəpə kəndinin ərazisində Ərazi Mülki Müdafiə Qüvvələri tərəfindən cansız bədəni tapılan Elgün Orucov ailəsinə təhvil verilib.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA