Nəsimi rayonunda ümumrayon tədbiri keçirilib - Ordu günü ilə bağlı (FOTOLAR)
25-06-2023 [16:40]
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən “NİAQARA “Şadlıq Sarayında rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının, rayonun inzibati orqanlarının rəhbərlərinin, rayon ictimaiyyətinin, rayonda fəaliyyət göstərən dini icma nümayəndələrinin, Vətən Müharibəsi Şəhid ailələrinin, qazilər və QHT rəhbərlərinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə çərçivəsində 26-İyun Silahlı Qüvvələr günü və Milli dəyərlərimizə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 26-İyun Silahlı Qüvvələr günü və Qurban bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edərək, ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın Ulu öndər Heydər Əliyev tərəfindən təməlinin qoyulduğunu bildirərək bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini vurğulamışdır.
Natiq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın azərbaycançılıq naminə, milli, mənəvi irsimizin qorunması istiqamətində, ölkə daxilində və xaricində uğurlu fəaliyyətini qeyd edərək, milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısı barədə ətraflı məlumat verdi. Bildirdi ki, Ümumilli lider, Ulu öndər Heydər Əliyevin adını daşıyan Fond yarandığı vaxtdan bu günə kimi milli-mənəvi dəyərlərimizin qorunmasına xüsusi önəm verir.
Qeyd olundu ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı, ədalət bərqərar oldu.
Çıxışına davam edən Asif Əsgərov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda övladlarını itirən ailələrə öz ehtiramını bildirərək, Şəhidlərimiz kimi, onların analarının, ailələrinin də hər kəs üçün çox dəyərli olduqlarını diqqətə çatdırdı. Qeyd olundu ki, adları Azərbaycan tarixinə qəhrəman kimi düşən şəhidlərimiz gənclərimiz üçün ən gözəl örnəkdir. Bütün sahələrdə olduğu kimi ordumuzun günü-gündən möhkəmlənməsi istiqamətində də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ümummilli liderimiz Heydər Əliyevin siyasəti uğurla davam etdirilir. Xüsusi vurğulandı ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi imkanları günü –gündən genişlənir.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edərək, onlara xoş arzularını söylədi.
Tədbirdə digər çıxış edənlər – Şəhid anası Alimə Cəfərova və qazilər Azərbaycanın bu günkü sabitliyi, inkişafı və qüdrətlənməsi yolunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdiər.
Tədbirin bədii hissəsində tanınmış incəsənət ustalarının ifaları dinlənilib.
Sonda xatirə şəkili çəkilib.
Bakıda Novruz şənliyi keçirilib
Küveytdə Yaxın Şərqin ən böyük neft emalı zavodunda PUA zərbəsindən sonra yanğın baş verib
Lionel Messi 900-cü qolunu vurub
Viktor Osimhen əməliyyat olacaq - Qolu sınıb
"İnter" Orkun Kökçü ilə maraqlanır
Qafqaz Müsəlmanları İdarəsi Ramazan bayramı ilə bağlı fətva verib
Səudiyyə Ərəbistanında "Samref" NEZ hava hücumuna məruz qalıb
Azərbaycan nefti 117 dollara satılır - 9 dollar bahalaşdı
İranda yanvar iğtişaşlarında iştirak edən üç nəfər edam olunub
Bernardo Silva İtaliya nəhənginin radarına düşüb
"PSJ"nin cinah hücumçusu Bredli Barkola zədələnib
Coşua Zirkze mövsümün sonunda "Mançester Yunayted"dən ayrıla bilər
İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı videoçarx paylaşılıb
Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib
İspaniya bu il Ukraynaya hərbi dəstək üçün 1 milyard avro ayıracaq
"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur
İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb
Aİ və İslandiya müdafiə sahəsində tərəfdaşlığa dair saziş imzalayıb
Bu gecə Xırdalanın bəzi ərazilərində işıq olmayacaq
Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb
Hikmət Hacıyev Parisdə Makronun diplomatik müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib
İlham Əliyev: 2021-ci ildən sonra bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam, bu, böyük xoşbəxtlikdir
Azərbaycanın QHT təmsilçisi BMT-nin konfransında
Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar
Azərbaycan əhalisinin sayı açıqlanıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
Dünyanın ən böyük qaz yatağı olan Cənub Parsa zərbə endirili
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək