Manaf Ağayev Türkiyəyə yardımdan imtina etdi

img

21-05-2014 [16:18]


Müğənni, "Toylar kralı” layihəsinin qalibi Manaf Ağayev Türkiyədə baş verən mədəm faciəsi ilə əlaqədar Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən yardım kampaniyasına qoşulmaqdan imtina edib. O, AzNews.az-a açıqlamasında bildirib ki, hazırda onun özünə yardım lazımdır: "Bu saat özümün problemlərim başımdan asır. Həmişə belə kampaniyaların başında getmişəm. Amma indi imkanım yoxdur. Hər şey imkana bağlı”.

Qeyd edək ki, Türkiyədə baş verən mədəm faciəsi ilə əlaqədar Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən yardım kampaniyasına başlanıb. Kampaniya çərçivəsində 6157 AZN (7847 USD) məbləğində vəsait yığılıb. Kampaniyada iştirak etmək istəyən şəxslər 493-84-81 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR