Şahmatçılar şəhəri olan Sumqayıtda Küçə şahmatı niyə yığışdırılır?
20-06-2023 [14:07]
Küçə şahmatı dünyanın bir çox ölkələrində pupulyardır və bütün yaşda insanlar üçün maraqlı əyləncə növüdür.
Böyük ölçülü, çəkicə ağır fiqurlu bu oyun nəinki ağıla , həm də masa arxasında yox, açıq havada oynanıldığından bədənin sağlamlığına, həm də əhval-ruhiyyəyə müsbət təsir göstərir.
Bakıdan başqa Azərbaycanda Sumqayıtda da 2012-ci ildə keçmiş icra başçısı Eldar Əzizovun vaxtında açıq havada 3 yerdə- 9-cu mikrorayonda yerləşən “Heydər parkı”nda, 34-cü məhəllə ilə 36 məhəllənin və 1-ci məhəllə ilə 2-ci məhəllənin ortasındakı xiyabanlarda da “küçə şahmatı” quraşdırılmışdır ki, bu da təkcə asudə vaxtını səmərələri keçirmək istəyən təqaüdçülərin yox, cavanların, yoldan keçənlərin belə marağına səbəb oldu.
Küçənin ortasında qurulan belə zonalar şəhərə həm də rəng , kolorit qatır, insanın zehni qabiliyyətini inkişaf etdirir. Yaddaşı möhkəmləndirən bu qədim İntellektual oyun sumqayıtlıların və qonaqların maraqlı istirahət vasitəsinə çevrilmişdir. Şahmat fiqurları gecələr də elə parkda qalırdı çox zaman .
Keçmiş icra başçısı o zaman demişdir ki, yaxın vaxtlarda şəhərin nümunəvi yaşayış massivlərinin bütün həyətlərində bu cür kreativ şahmatlar quraşdırılacaqdır. Bu da sumqayıtlıları sevindirməyə bilməzdi. Amma hal-hazırda cəmiyyətə ancaq xeyri olan, insanların böyük marağına səbəb olan bu şahmatdan yalnız biri-“Heydər parkı”nda olanı qalıb, qalanı isə yığışdırılıb nə səbəbdənsə .
“Heydər parkı”ndakı şahmat löhvəsinin fiqurları da sındırılıb, qırılıb, skoçlanıb, daşları neçə illərdir təzələnmir. Onları elə orda oynayan şahmat həvəskarları özləri düzəldir birtəhər. Düzdür, şəhərə nazirlikdən-filandan gələndə böyük şahmat fiqurları mərkəzi yer olduğuna görə 1-ci məhəllə ilə 2-ci məhəllənin ortasındakı xiyaban müvəqqəti-bir neçə saatlığa görüntü üçün düzülür deyəsən.
Maraqlıdır ki, Sumqayıtda məmurlar “Küçə şahmatı”nı bütün dünyada olduğu kimi inkişaf etdirib çoxlaltmaq əvəzinə, cavanlarda, uşaqlarda şahmata marağı artırmaq əvəzinə niyə olanı da yığışdırırlar?!
Sumqayıt gənclər şəhəri olmaqla bərabər, həm də şahmatçılar şəhəridir. Bu şəhər ölkə idmanına öz töhfəsini verən bir sıra beynəlxalq şahmatçılar yetişdirib. Şahmatçılar şəhərində Küçə şahmatına bu cür münasibət elə də yaxşı hal deyil.Ümid etmək olar ki, küçə şahmatı Sumqayıtda ən əzı əvvəlki yerlərdə də bərpa olunacaq.
Tahir Şəlvəli
MİA.AZ
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.
İran İsrailin Ben Qurion hava limanında üç özəl təyyarəni vurub
Lukaşenko özünü Trampın tərəfdarı adlandırıb
Azərbaycanda dövlət sirrini yaymaqda ittiham edilən xarici ölkə vətəndaşına hökm oxunub
Şuşa məktəbində Novruz bayramı qeyd olunub
Jadon Sancho "Borusiya Dortmund"a qayıda bilər
Livanın şərqindəki Şaat şəhərində bir binaya İsrailin hücumu nəticəsində altı nəfər həlak olub
Qətər: Ras Laffan Sənaye Bölgəsi zərbə aldı
Arne Slot: "Bu, həyatımın ən yaxşı nəticələrindən biri idi"
"Santos" klubu baş məşqçisini istefaya yollayıb
"Kremoneze" baş məşqçi Davide Nikola ilə yollarını ayırıb
Eray Yazqan: "UEFA nümayəndələrinə şikayət etdik"
İlham Əliyev ilə Şavkat Mirziyoyev bir-birilərini Novruz və Ramazan bayramları münasibətilə təbrik ediblər
"Qalatasaray" klubu Noa Lanqın əməliyyat olacağını açıqladı
Bayram günlərinin hava proqnozu açıqlanıb
ABŞ-nin xüsusi elçisi Koull Lukaşenko ilə danışıqlar aparır
Buzovnada məhkuma məxsus avtomat aşkarlanıb
Gürcüstanın Katolikos-Patriarxının dəfnində Azərbaycanı Sahibə Qafarova təmsil edəcək
Abdülkerim Bardakcı: "Çempionlar liqasında ölkəmizi qürurla təmsil edərək irəlilədik"
Okan Buruk: "Rəqibimiz bizdən üstün idi"
Bakıda Novruz şənliyi keçirilib
Küveytdə Yaxın Şərqin ən böyük neft emalı zavodunda PUA zərbəsindən sonra yanğın baş verib
Lionel Messi 900-cü qolunu vurub
Viktor Osimhen əməliyyat olacaq - Qolu sınıb
"İnter" Orkun Kökçü ilə maraqlanır
Qafqaz Müsəlmanları İdarəsi Ramazan bayramı ilə bağlı fətva verib
Səudiyyə Ərəbistanında "Samref" NEZ hava hücumuna məruz qalıb
Azərbaycan nefti 117 dollara satılır - 9 dollar bahalaşdı
İranda yanvar iğtişaşlarında iştirak edən üç nəfər edam olunub
Bernardo Silva İtaliya nəhənginin radarına düşüb
"PSJ"nin cinah hücumçusu Bredli Barkola zədələnib
Coşua Zirkze mövsümün sonunda "Mançester Yunayted"dən ayrıla bilər
İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı videoçarx paylaşılıb
Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib
İspaniya bu il Ukraynaya hərbi dəstək üçün 1 milyard avro ayıracaq
"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur
İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb
Aİ və İslandiya müdafiə sahəsində tərəfdaşlığa dair saziş imzalayıb
Bu gecə Xırdalanın bəzi ərazilərində işıq olmayacaq
Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb
Hikmət Hacıyev Parisdə Makronun diplomatik müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib