Türkiyə millisinin baş məşqçisi istefa barədə suala belə cavab verdi: "Niyə gedim ki?" - TFF rəhbəri isə...

img

20-06-2023 [09:43]


AVRO-2024-ün seçmə mərhələsinin D qrupunun 4-cü oyununda Türkiyə millisinin Uels yığmasını 2:0 hesabı ilə məğlub etməsdən sonra türklərin baş məşqçisi maraqlı açıqlama verib.

Mia.az xəbər verir ki, baş məşqçi Stefan Kuntz mətuat konfransında jurnalistlərdən birinin "komandadan ayrılacaqsınızmı?" sualına belə cavab verib: "Biz çox yaxşı yoldayıq. Onun üçün nədən ayrılım? Bu sualı anlamadım".

Alman məşqçi deyib ki, oyundan əvvəl də bu yöndə suala cavab verib.: "Orada da dedim ki, burada olmaqdan xoşbəxtəm. Komandada az da lsa, irəliyə gedir.  Keçən il Millətlər Liqasında oxşar matçda 4 qələbə qazanmışdıq. Burada irəliləyiş görürəm. Buradakı insanlara bir az daha yaxşı milli komanda təqdim etməkdən məmnunam".

TFF prezidenti Mehmet Büyükekşi isə millinin baş məşqçisinin istefaya göndəriləcəyi barədə sualı belə cavablandırıb: "Cümə axşamı qurultayımız var. Onu yola verib, baxacağıq vəziyyətə. Hələlik qələbənin dadını çıxaraq".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR