“Kəpəz” daha bir futbolçu ilə anlaşıb

img

19-06-2023 [16:14]


“Kəpəz” daha bir futbolçu ilə anlaşıb.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, Gəncə təmsilçisi Vurğun Hüseynovu heyətinə cəlb edib.

Mövsüm başa çatdıqdan sonra “Sumqayıt”la yollarını ayıran 35 yaşlı mərkəz müdafiəçisi yeni komandası ilə birillik müqaviləyə qol çəkib. Hüseynov ötən mövsüm Premyer Liqada meydana çıxdığı 25 oyunda 1 qola imza atıb.

Qeyd edək ki, Vurğun Hüseynov bir neçə gün əvvəl karyerasını bitirdiyini açıqlamışdı. O, 2013-2023-cü illərdə “Sumqayıt”ın formasını geyinib.


Digər xəbərlər
SON XƏBƏRLƏR