Gökhan Gönül aktiv futbol karyerasına son verib

img

19-06-2023 [15:29]


“Fənərbaxça” və “Beşiktaş” forması geyinən Gökhan Gönül aktiv futbol karyerasına son verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, vida mesajı yayıb.

Türkiyənin yetişdirdiyi ən yaxşı sağ cinah müdafiəçilərindən olan 38 yaşlı Gökhan Gönül 25 illik aktiv futbol həyatında rolu olan hər ksə təşəkkür edib: 

"Əlimi ilk tutan "Bursa Yolspor"dakı məşqçilərimizdən başlayaraq, "Gənclərbirliyi", "Hacettepe", "Fənərbaxça", "Beşiktaş" və "Çaykur Rizespor"dakı bütün məşqçilrimə, azarkeşlərə, hər kəsə, jurnalistlərə təşəkkür edirəm...".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR