Burak Yılmazdan ilk həmlə: Yusuf Yazıcı "Beşiktaş"a gəlməyə razılaşıb

img

19-06-2023 [10:23]


Şenol Günəşin "Beşiktaş"da köməkçi olmasına an məsələsi olan Burak Yılmaz yeni vəzifəsində ilk icraatını edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Burak Yılmaz Fransanın "Lill" komandasının oyunçusu olan Yusuf Yazıcını "Beşiktaş"a gəlməyə razı salıb.

Məlumata görə, "Lill"ə bir illik müqaviləsi qalan və ötən mövsüm "Trabzonspor"da gözlənilən səviyyədə çıxış etməyən Yazıçı İstanbul klubuna illik 3 milyon avro maaşa topa qovmağa razılaşıb.

Bu barədə xəbər yayan Türkiyənin "Sözçü" telekanalının məlumatına görə, Yazıçı ilə 2 illik müqavilə imzalanacaq.

Xatırladaq ki, Yusuf Yazıcı ötən mövsüm "Trabzonspor"da 24 oyun keçirib. O, bu oyunlarda 6 qol vurub, 2 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR