Şəkidə evdə partlayış: 3 nəfər ağır xəsarət alıb

img

17-06-2023 [17:32]


Şəkidə evdə partlayış olub, 3 nəfər ağır xəsarət alıb.

Məlumata görə, hadisə rayonun Aşağı​ Göynük​ kəndində, yaşayış evlərindən birində baş verib.

Belə ki, partlayış zamanı evdə olan 2000-ci il təvəllüdlü​ ​Yusifova Şəlalə​ Nəsib qızı, 2021-ci il təvəllüdlü Soltanlı​ Məhəmməd Nicat oğlu və 2020-ci il təvəllüdlü Soltanlı​ Əli Nicat oğlu ağır xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralıların vəziyyətlərinin ağır olduğu bildirilir(Report).

Faktla bağlı araşdırma aparılır.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR