“Ümummilli lider və Milli səhiyyənin inkişafı” mövzusunda tədbir keçirilib - Səhiyyə işçiləri günü münasibətilə (FOTOLAR)
17-06-2023 [13:34]
Nəsimi rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Səhiyyə işçiləri günü münasibətilə “Ümummilli lider və Milli səhiyyənin inkişafı” mövzusunda tədbir keçirilib.
MİA.AZ xəbər verir ki, tədbirdə Nəsimi rayon ərazisində yerləşən səhiyyə müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri iştirak etdilər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan səhiyyəsinin inkişafı ilə bağlı hazırlanmış sənədli film nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının baş həkimi Fariz Camalov tədbir iştirakçılarını salamlamış və bildirmişdir ki, Azərbayan səhiyyəsi müasir inkişaf etmiş dünya səhiyyəsi standartlarına uyğun kadrlarla, hər cür avadanlıqlarla, yüksək keyfiyyətə malik maddi- texniki baza ilə təmin olunmuşdur.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirərək şərəfli işlərində uğurlar arzuladı. Bildirdi ki, Ümummilli Liderin 2001-ci ildə imzaladığı Sərəncamla Səhiyyə İşçiləri Gününün təsis edilməsi onun həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verdiyini göstərir. İndi səhiyyəmizin hər ili, hər ayı irəliləyişlə, yeni-yeni uğurlarla yadda qalır. Asif Əsgərov vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə müasir tibb ocaqları tikilir, ehtiyacı olan səhiyyə müəssisələri bərpa olunaraq müasir avadanlıqlarla təmin edilir. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır.
Sonra Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səhiyyəyə göstərdiyi diqqət və qayğısından danışıb.
Sonra həkimlərə hədiyyələr və gül dəstələri təqdim edildi.
Daha sonra tədbir konsert proqramı ilə davam edib.
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.
İran İsrailin Ben Qurion hava limanında üç özəl təyyarəni vurub
Lukaşenko özünü Trampın tərəfdarı adlandırıb
Azərbaycanda dövlət sirrini yaymaqda ittiham edilən xarici ölkə vətəndaşına hökm oxunub
Şuşa məktəbində Novruz bayramı qeyd olunub
Jadon Sancho "Borusiya Dortmund"a qayıda bilər
Livanın şərqindəki Şaat şəhərində bir binaya İsrailin hücumu nəticəsində altı nəfər həlak olub
Qətər: Ras Laffan Sənaye Bölgəsi zərbə aldı
Arne Slot: "Bu, həyatımın ən yaxşı nəticələrindən biri idi"
"Santos" klubu baş məşqçisini istefaya yollayıb
"Kremoneze" baş məşqçi Davide Nikola ilə yollarını ayırıb
Eray Yazqan: "UEFA nümayəndələrinə şikayət etdik"
İlham Əliyev ilə Şavkat Mirziyoyev bir-birilərini Novruz və Ramazan bayramları münasibətilə təbrik ediblər
"Qalatasaray" klubu Noa Lanqın əməliyyat olacağını açıqladı
Bayram günlərinin hava proqnozu açıqlanıb
ABŞ-nin xüsusi elçisi Koull Lukaşenko ilə danışıqlar aparır
Buzovnada məhkuma məxsus avtomat aşkarlanıb
Gürcüstanın Katolikos-Patriarxının dəfnində Azərbaycanı Sahibə Qafarova təmsil edəcək
Abdülkerim Bardakcı: "Çempionlar liqasında ölkəmizi qürurla təmsil edərək irəlilədik"
Okan Buruk: "Rəqibimiz bizdən üstün idi"
Bakıda Novruz şənliyi keçirilib
Küveytdə Yaxın Şərqin ən böyük neft emalı zavodunda PUA zərbəsindən sonra yanğın baş verib
Lionel Messi 900-cü qolunu vurub
Viktor Osimhen əməliyyat olacaq - Qolu sınıb
"İnter" Orkun Kökçü ilə maraqlanır
Qafqaz Müsəlmanları İdarəsi Ramazan bayramı ilə bağlı fətva verib
Səudiyyə Ərəbistanında "Samref" NEZ hava hücumuna məruz qalıb
Azərbaycan nefti 117 dollara satılır - 9 dollar bahalaşdı
İranda yanvar iğtişaşlarında iştirak edən üç nəfər edam olunub
Bernardo Silva İtaliya nəhənginin radarına düşüb
"PSJ"nin cinah hücumçusu Bredli Barkola zədələnib
Coşua Zirkze mövsümün sonunda "Mançester Yunayted"dən ayrıla bilər
İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı videoçarx paylaşılıb
Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib
İspaniya bu il Ukraynaya hərbi dəstək üçün 1 milyard avro ayıracaq
"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur
İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb
Aİ və İslandiya müdafiə sahəsində tərəfdaşlığa dair saziş imzalayıb
Bu gecə Xırdalanın bəzi ərazilərində işıq olmayacaq
Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb
Hikmət Hacıyev Parisdə Makronun diplomatik müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib