Neftçalanın Cəngən kəndində 3 gənc Kürdə boğulub - FOTOLAR

img

16-06-2023 [22:48]


Bu gün axşam saatlarında Neftçalanın Cəngən kəndində 3 nəfər gənc Kür çayında çimərkən batıb.

Bu barədə Mia.az-a  "Demokratiya Yardım” İctimai Birliyinin rəhbəri Emil Məmmədov məlumat verib.

Onun sözlərinə görə, onlardan 16 yaşlı Əhmədov Siyasət Elşad oğlu və 18 yaşlı Elşən qardaşdırlar: "Boğulan digər uşaq isə onların dostları - 16 yaşlı Məlikov Teymur Seymur oğlu Dövlət Sərhəd Xidmətinin məktəbində təhsil alırdı".

Hüquq müdafiəçisi bildirib ki, Siyasət bu il 11-ci sinfi bitirib: "O, yenicə məzun olmuşdu..."

Xatırladaq ki, çayda boğulmuş hər üç gəncin cəsədi FHN xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Allah rəhmət eləsin!

Samir

Mia.az

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR