Arda Gülər Almaniyaya gedir - Müqaviləsində "135 milyon avroluq" şərt var

img

16-06-2023 [15:40]


“Fənərbağça”nın gənc ulduzu, hazırda dünyanın bəzi klubları tərəfindən transfer siyahsına alınan Arda Gülər Almaniyadan "elçi" çıxıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki,  Arda Güləri heyətinə qatmağa hazırlaşan Dortmundun "Borussiya" klubunun onunla imzlanmaq üçün hazırladığı müqavilə mətbuata sızıb.

Alman mətbuatında yer alan xəbərə görə, "Borussiya Dortmund" Arda Gülərlə müqaviləyə belə bir şərt daxil edib: "135 milyon avro ödəyən istənilən komanda onu satın ala bilər".

Xatırladaq ki, Arda Gülər ​​bu mövsüm "Fənərbağça"nın heyətində 20 oyuna çıxıb. 18 yaşlı futbolçu bu matçlarda 4 qol vurub, 4 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR