20-05-2014 [19:15]
Ölkəmizdə müstəqil şəkildə fəaliyyət göstərən yeganə teatr olan Oda Teatrı bağlanmaq təhlükəsi ilə üz-üzədir.
"Bu məsələni ictimaiyyətə açıqlamağı vacib bilirəm. Bildiyiniz kimi, bir müddət bundan öncə bir qrup gənclə teatr qrupu formasında toplaşır və ölkədə fərqli teatrın formalaşması üçün çalışırdıq. Teatr qrupunda ilk və son tamaşamız "Evlənmə” oldu. Daha sonra geniş formatda fəaliyyətə başladıq. 15 iyul 2013-cü ildə rəsmi olaraq Oda Teatrını təsis etdim. Həmin gündən indiyədək teatr kimi fəaliyyət göstəririk. Artıq repertuarımızda 6-dan çox tamaşa var və bir neçə yeni tamaşanın hazırlanma prosesi gedir. Oda Teatrı bu günədək müstəqil fəaliyyət göstərib və heç bir qrumdan maliyyələşməyib. İndiyədək teatr şəxsi büdcəmin və bilet satışından əldə etdiyimiz vəsait hesabına fəaliyyət göstərib. Fəaliyyətimiz zamanı müxtəlif çətinliklərlə üzləşsək də, bu çətinlikləri teatrın kollektivi ilə birgə aşaraq, yolumuza davam etmişik. Ancaq son zamanlar yaranan maliyyə sıxıntıları fəaliyyətimizdə müəyyən problemlər yaradıb. Artıq icarəyə götürdüyüm məkanın aylıq kirayə haqqını ödəyə bilmirəm.
Eyni zamanda, teatrın məkanının son bir neçə aylıq kommunal xərcləri də ödənilməyib, elektrik və su borcları yaranıb. Ödənişli yeni su sayğacının qoyulması da, öz növbəsində, maliyyə sıxıntısını artırdı. Bir sözlə, vəziyyətin düzəlməyəcəyi təqdirdə, yəni iyun ayının 1-dək yaranan kommunal borcları və icarə haqqını verə bilməsək, məkanı tərk etməli olacağıq.
Bu məsələ cəmiyyət üçün önəmli olmasaydı, mən yaranan problemi ictimailəşdirməyəcəkdim. Bu, mənim hər hansı bir şəxsi biznes obyektim deyil. Bu, bir teatrdır və hər həftənin şənbə və bazar günləri nümayiş etdirdiyimiz tamaşalar cəmiyyət üçün maraqlıdır. Tamaşaçılarımızın məsələdən agah olmasını istədim və bunu hər kəsin diqqətinə çatdırmağı özümə borc bildim. Onu da deyim ki, teatrın fəaliyyətinə son qoymaması üçün nəzərdə tutduğum bir neçə vasitəyə əl atacağam. Bu məsələ ilə bağlı dövlət büdcəsindən bizə maliyyə ayrılması, yaxud teatrın fəaliyyəti üçün bizə yer ayrılması üçün müraciətlər edəcəyəm. Teatrın bundan sonra fasiləsiz fəaliyyət göstərməsi üçün baş vuracağımız yolların uğurlu olacağını güman edirəm.
Fəaliyyətimizdə müəyyən müddətlik hər hansı fasilə, yubanmalar olsa da, Oda Teatrı ümumilikdə fəaliyyətini dayandırmır. Sadəcə olaraq, yaranmış problemin aradan qaldırılması müəyyən zaman ala bilər. Problemlərin həlli istiqamətində yenilik olarsa, bunu da cəmiyyətə çatdıracağam. Bu günə qədər bizə dəstək olan hər bir tamaşaçımıza təşəkkürümüzü bildiririk".
Qeyd edək ki, iyulun 15-də Topçubaşov 38 ünvanında, zirzəmidə yerləşən Oda Teatrının fəaliyyətinin bir ili tamam olacaq.
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb