Baş məşqçi "Roma"nın qolçusuna təklif göndərdi: "Əgər "Fənərbağça"nın məşqçisi olsam..."

img

14-06-2023 [20:30]


"Adana Dəmirspor”la yollarını ayıran və “Fənərbaxça”nın sükanı arxasına keçəcəyi gözlənilən Vinçenzo Montellanın “Roma”nın ulduzu Stefan El Şaaraviyə maraqlı təklif göndərib.

Mia.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bildirilib ki, “Fənərbağça”nn baş məşqçisi vəzifəsinə adı hallanan Montellanın El Şaaraviyə zəng edərək ""Fənərbağça"nın çalışdırıcısı olsam, səni komandada görmək istərdim" deyib.

"Corriere dello Sport"da yer alan xəbərə görə, "Roma" ilə müqaviləsi başa çatan 30 yaşlı futbolçu da bu təklifə "hə" deyib"

Xatırladaq ki, 30 yaşlı Stefan El Şaaravi ötən mövsüm "Roma"nın heyətində 42 rəsmi matçda 9 qol vurub və 4 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR