Müasir Müsavat Partiyası bəyanat verdi

img

20-05-2014 [16:07]


Bu gün Muasir Musavat Partiyasının İdarə Heyətinin növbədənkənar toplantısı keçirilib.Toplantıda keçən həftə başlayan və hələ də davam edən bəzi hadsələr müzakirə edilib. İdarə Heyəti ilk öncə Fransa prezidentinin Azərbaycana səfərini ,səfər çərçivəsində baş tutan görüşləri,önun arxasınca Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstarın Azadlıq radiosuna verdiyi müsahibəni və son günlər ölkə mətbuatında yer alan Qazaxlı sahibkarın ağzını tikmə səbəblərini və bu səbəbi yaradan amilləri müzakirə edib . Hadisələrın xüsusi plan əsasında və ölkədə sabitliyi pozmaq məqsədi ilə baş verdiyini qeyd edən MMP funksonerləri bəyanat veriblər . Bəyanatda deyilir:” Azərbaycanda son günlər ölkə gündəmini məşğul edən və ağıllarda suallar yaradan hadisələr baş verməkdədir.İlk öncə Fransa prezidentinin ölkəmizə səfəri və səfəri çərçivəsində görüşmək istədiyi insanlar,önun ardınca Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstarın təhdid dolu müsahibəsi Azərbaycanda sabitliyin pozulmasına edilmiş cəhddən başqa bir şey deyil.Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində öz üzərinə düşən vəzifələri kifayət qədər mükəmməl yerinə yetirir və heç bir dövlətin daxili işinə qarışmır. İstər Fransa prezidentinin ,istərsə də Amerika kimi bir dövlətin təmsilçisi R.Morninqisterin Azərbaycanın müstəqilliyini təhlükə altına alan görüşləri,bəyanatları və açıqlamaları tərəfimizdən ölkəmizin daxili işinə qarışmaq kimi qiymətləndirilir.Azərbaycanın benəlxalq nüfuzunun yüksəlməsi ,müstəqil siyasət yürütməsi daxili və xarici düşmənlərimizi narahat etməyə başlayıb.Bu gün Fransa prezidentinin Azərbaycana gəlib yalnız satqınlıqla məşğul olan və radikal ermənipərəst mövqeyi ilə fərqlənən şəxslərlə görüşməsi,Amerikalı diplomatın tez-tez yenə eyni insanlarla görüşüb məsləhətlər aparması və bəyanatlar verməsi dövlətçiliyi müdafiə edən bir partiya olaraq bizi narahat etməyə bilməz.Demokratiyanın beşiyi hesab edilən dövlət rəsmlərinin Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri və xalqı qızışdırmaq cəhdləri yolverilməzdir,hesab edirik ki ,səmərəsiz qalacaqdır.Biz MMP funksionerləri Azərbaycanın daxili və xarici siyasətinə kobud şəkildə müdaxilə edən dövlət başçılarına və diplomatlarına öz ölkəsinin və erməni lobbisinin maraqlarına xidmət edən hərəkətlərdən əl çəkməyə dəvət edirik. Bundan sonra son günlər Qazax rayon sakini, iş adamı Elşad Məmmədovun Qazaxda etdiyi etiraz aksiyası və ağzını tikməsi də bu hadisələrdən ruhlanaraq,olkədə doğrudan da demokratik mühitin olmamasını təsdiq etməyə cəhd edən anti-milli ünsürlərin başverənlərə paralel cəhdlərdir.Diqqət edildikdə məlum olur ki prezident seçkisində Cəmil Həsənlinin ətrafında birləşib ona maddi və mənəvi dəstək olmağa çalışanlar bu gün xaricin dəstəyi ilə ölkənin işgüzar nüfuzuna xələl gətirməyə çalışırlar. MMP bəyan edir ki,ölkədə süni şəkildə gərginlik yaratmağa cəhd edən bəzi nüfuzlu beynəlxalq dairələr Azərbaycanda radikal siyasi partiyaları,anti-milli QHT-ləri və onlara xidmət edən media ilə işbirliyindən əl çəkməlidir.Əks təqdirdə qeyri-qanuni yolla milyonlarla vəsait ötürdükləri ayrı-ayrı qurumların ofisləri qarşısında müxtəliftipli aksiyalar keçirməyə məcbur olacağıq.”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA