Elmlər doktoru Dünyamalı Vəliyev vəfat edib

img

14-06-2023 [15:03]


AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, iqtisad elmləri doktoru Dünyamalı Vəliyev  81 yaşında vəfat edib.

Mia.az xəbər verir ki, bu barədə AMEA-dan məlumat yayıb.

Qeyd edək ki, D.Vəliyev 1942-ci ildə Borçalı mahalının Qasımlı kəndində anadan olub. Onun iqtisadiyyat elminin inkişafında xüsusi xidmətləri olub. 12 kitabın, o cümlədən "Türkiyənin dövlət maliyyəsi və sosial-iqtisadi inkişafı", "Qloballaşma şəraitində Azərbaycanın beynəlxalq bazarlara inteqrasiyası: təmayüllər, problemlər, perspektivlər", "Türkiyə. Turqut Ozal və iqtisadi möcüzələr", "Azərbaycanın qlobal iqtisadiyyata inteqrasiyası", “Türk dünyası qlobal iqtisadi inkişaf yollarında” və digər kitab və dərsliklərin, 60-dan çox elmi məqalənin müəllifi idi. Bakı, Moskva, Kiyev, Tbilisi, Ankara, İstanbul, Bursa, Trabzon, Tehran, Tokio, Heidelberq şəhərlərində keçirilmiş konfrans, simpozium və seminarlarda Azərbaycan elmini layiqincə təmsil edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR