QANUNSUZ TİKİNTİLƏR NECƏ SÖKÜLƏCƏK? - Yeni qaydalar

img

14-06-2023 [14:40]


Azərbaycanda tikinti obyektlərinin sökülmə qaydası dəyişib.

Mia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şəhərsalma və Tikinti Məcəlləsinə əlavə olunan dəyişiklikləri təsdiqləyib.

Dəyişikliklə tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda, tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda tikintisi başa çatmış və yaxud çatmamış tikinti obyekti söküləcək.

Əvvəllər isə sözügedən müddətlər müvafiq olaraq 1 il və 2 il idi.


Digər xəbərlər
SON XƏBƏRLƏR