Türkiyədə komanda liqadan geri çəkilir - Səbəb

img

14-06-2023 [09:45]


Bu ilin fevralın 6-da baş verən dəhşətli zəlzələdən sonra Spor Toto 1-ci Liqadan çəkilmək məcburiyyətində qalan “Yeni Malatyaspor” 2023-24 mövsümü üçün də eyni qərar üçün Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edəcək.

Mia.az xəbər verir ki, bu barədə klubun sözçüsü Sinan Altıntop açıqlama verib.

O, yerli mətbuata açqıamasıdna deeyib ki, klub hazırda çox ağır maddı və mənəvi çətinliklə üzləşib: "Hazırda  bu çətin prosesləri aşmaq və daha yaxşı günlərə doğru irəliləmək üçün çalışırıq. Bilirsiniz, zəlzələdən sonra liqadan çəkilərək, futbolçularımızı icarə əsasında başqa klublara göndərdik. Hazırda futbolçu qardaşlarımızın zəlzələdən qorxaraq Malatyaya gəlməkdən narahatlığı var. Üstəlik, onlaırnyerləşdiyi şəhərlərdə uşaqlarının təhsili və həyatlarını davam etdirmə imkanları ilə var. Pis hallardan biri də odur ki, bizim komandaya borca görə taransfer qadağası da qoyulub. Bu və ya digər nüanslarla bağlı rəhbərlik olaraq yenə liqadan çəkilmə qərarına gəldik. Yaxın günlərdə bu barədə TFF-yə müraciətimizi edəcəyik".

Sözçü əlavə edib ki, liqadan çəkildikdən sonra transfer qadağasını aradan qaldırmaq üçün borclarını ödəməyə başlayacaqlar.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR