Federasiya aşağı liqaya yuvarlanan iki komandanın müraciətlərinə "yox" dedi

img

13-06-2023 [21:42]


Türkiyə Futbol Federasiyası 2022-2023-cü il mövsümünün Spor Toto Super Liqası, Spor Toto 1-ci Liqası və Ziraat Türkiyə Kuboku yarışlarının yekunları barədə qərarını açıqlayıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, aşağı liqaya yuvarlanan "Ümraniyespor" və "Giresunspor"un yenidən superliqada oynamaqla bağlı müraciətlərinə "yox" deyilib.

Türkiyə Futbol Federasiyasından veriən açıqlamaya görə, hər iki komanda 2023-2024 mövsümündə Spor Toto 1-ci Liqada mübarizə aparacaqlar.

Xatırladaq ki, "Ümraniyespor" və "Giresunspor" fevralın 6-da baş verən zəlzələnin onıarın oyunçularına da psixoloji baxımdan pis təsir göstərdiyini iddia edərək, aşağı liqaya düşmə qərarının ləğvini istəmişdi.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR