Nadir İsrafilov: "Bu, müəllim obrazına xələl gətirmiş olur"
13-06-2023 [14:50]
"Son günlər Xırdalan şəhər məktəblərində baş verən olaylar “Uzaq sahillərdə” filmindən bir epizodu mənə xatırlatdı: “Yenə həmin dalğa, yenə həmin koordinat.” Bəli, yenə müəllim, yenə hədiyyə. Bu dəfə daha bahalı, daha nümayişkarənə… İstər-istəməz öz-özümə düşündüm: “Görünür, təhsilə sanki düşünülmüş bir basqı var. Bu kimi hallara ictimai sferanın bütün sahələrində müxtəlif dərəcədə rast gəlindiyi halda, nə üçün ən çox qınağa tuş gələn məhz, məktəb və müəllim olmalıdır? Sanki, hansısa qüvvələr tərəfindən bilərəkdən müəllim nüfuzuna kölgə salınır".
Mia.az bildirir ki, bu sözləri Moderator.az-a Xırdalan məktəblərində müəllimlərə qızıl zinət əşyalar hədiyyə edilməsi ilə əlaqədar məsələyə münasibət bildirərkən tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov deyib.
Onun sözlərinə görə, məsələnin mahiyyəti, heç də hədiyyədə və onun dəyərində və yaxud günahkar qismində hansısa müəllim və ya valideynin ittiham edilməsində deyil:
"Əvvəla, heç kəs hansısa valideyni övladının ibtidai təhsil pilləsini bitirməsi ilə əlaqədar onun müəlliminə öz diqqət və sayğısını bildirmək əlaməti olaraq hədiyyə verməsinə görə qınaya bilməz. Belə bir jest əslində valideyn tərəfindən onun övladına ikinci valideynlik etmiş müəllimə olan hörmət və minnətdarlığının təzahürü kimi qiymətləndirilməlidir. Hədiyyənin müəllim tərəfindən qəbul edilməməsi isə onun zəhmətini qiymətləndirən valideynə qarşı bir növ hörmətsizlik və saymazlıq kimi də dəyərləndirilə bilər. Qınağa səbəb olan hal isə hesab edirəm ki, hədiyyənin nümayişkarənə surətdə təqdim edilməsi olub ki, bu da yolverilməz idi.
Valideynin emosiyası hardasa başa düşülən olsa belə, müəllim gərək bundan çəkinməli idi. Axı, o müqəddəs və şərəfli müəllim adının daşıyıcısıdır. Bir də ki, bəzi sosial şəbəkələrdə “valideynlərin müəllimə qızıl əşyalar hədiyyə etməsi”, bəzilərində isə “müəllimin valideynlərə özünə qızıl əşyalar aldırması” ilə bağlı iddialar yer alıb. Halbuki, “valideynlərin müəllimə qızıl əşyalar hədiyyə etməsi” ilə “müəllimin valideynlərə özünə qızıl əşyalar aldırması” tam fərqli anlayışlardır. Araşdırılmalı məqam məhz budur. İstənilən halda, bu kimi olayların ictimailəşdirilib gündəmə gətiriməsi yol verilməzdir. Çünki, hər hansı bu qəbildən olan məsələ böyüdülüb şişirdiləndə müstəvisindən çıxıb, özünə yeni-yeni tərəfdarlar və əleydarlar tapır, şou səviyyəsinə qaldırılaraq geniş ictimaiyyəti təhsilin əsas vəzifələrindən yayındırır.
"Belə bir mövqe heç bir halda problemə ədalətli yanaşma hesab oluna bilməz. Bununla belə, kimlərsə bu kimi görüntülərin yayılmasını aşkarlıq və şəffaflığın prinsipləri kimi dəyərləndirsə də, unutmasınlar ki, müəllimin nüfuzunun aşağılanmasına xidmət edən belə “aşkarlıq” və “şəffaflıq” təkcə müəllimə deyil, bütövlükdə dövlətimizə və cəmiyyətimizə də baş ucalığı gətirmir. Bu kimi neqativ hesab edilən halların qarşısını almaq üçün bu kimi video görüntüləri tirajlamaq deyil, əlaqədar qurumlara göndərib, araşdırma nəticələrini ictimailəşdirmək daha yüksək vətəndaşlıq borcu olardı, nəinki, bir müəllimin davranışını bütövlükdə müəllim obrazı kimi ümumiləşdirmək yolunu seçmək.
Unutmayaq ki, bu kimi görüntülərin ictimailəşdirilməsi onsuz da zədələnən müəllim nüfuzuna əlavə bir sarsıdıcı zərbədir. Hansısa məktəbin hansısa müəlliminin ictimai qınaq yarada biləcək davranışının qabardəlması təkcə həmin müəllimin şəxsinə deyil, bütövlükdə ümumiləşdirilmiş müəllim obrazına xələl gətirmiş olur. İstənilən halda müəllim və valideynlər arasında nifaq sala biləcək bütün görüntülərə, çağırışlara son qoyulmalı, məktəb-müəllim-valideyn münasibətlərinin optimal həlli yolları barədə düşünülməlidir".
MİA.AZ
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Küveytdə neft emalı zavoduna PUA hücumu meydana gəlib
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.
İran İsrailin Ben Qurion hava limanında üç özəl təyyarəni vurub
Lukaşenko özünü Trampın tərəfdarı adlandırıb
Azərbaycanda dövlət sirrini yaymaqda ittiham edilən xarici ölkə vətəndaşına hökm oxunub
Şuşa məktəbində Novruz bayramı qeyd olunub
Jadon Sancho "Borusiya Dortmund"a qayıda bilər
Livanın şərqindəki Şaat şəhərində bir binaya İsrailin hücumu nəticəsində altı nəfər həlak olub
Qətər: Ras Laffan Sənaye Bölgəsi zərbə aldı
Arne Slot: "Bu, həyatımın ən yaxşı nəticələrindən biri idi"
"Santos" klubu baş məşqçisini istefaya yollayıb
"Kremoneze" baş məşqçi Davide Nikola ilə yollarını ayırıb
Eray Yazqan: "UEFA nümayəndələrinə şikayət etdik"
İlham Əliyev ilə Şavkat Mirziyoyev bir-birilərini Novruz və Ramazan bayramları münasibətilə təbrik ediblər
"Qalatasaray" klubu Noa Lanqın əməliyyat olacağını açıqladı
Bayram günlərinin hava proqnozu açıqlanıb
ABŞ-nin xüsusi elçisi Koull Lukaşenko ilə danışıqlar aparır
Buzovnada məhkuma məxsus avtomat aşkarlanıb
Gürcüstanın Katolikos-Patriarxının dəfnində Azərbaycanı Sahibə Qafarova təmsil edəcək
Abdülkerim Bardakcı: "Çempionlar liqasında ölkəmizi qürurla təmsil edərək irəlilədik"
Okan Buruk: "Rəqibimiz bizdən üstün idi"
Bakıda Novruz şənliyi keçirilib
Küveytdə Yaxın Şərqin ən böyük neft emalı zavodunda PUA zərbəsindən sonra yanğın baş verib
Lionel Messi 900-cü qolunu vurub
Viktor Osimhen əməliyyat olacaq - Qolu sınıb
"İnter" Orkun Kökçü ilə maraqlanır
Qafqaz Müsəlmanları İdarəsi Ramazan bayramı ilə bağlı fətva verib
Səudiyyə Ərəbistanında "Samref" NEZ hava hücumuna məruz qalıb
Azərbaycan nefti 117 dollara satılır - 9 dollar bahalaşdı
İranda yanvar iğtişaşlarında iştirak edən üç nəfər edam olunub
Bernardo Silva İtaliya nəhənginin radarına düşüb
"PSJ"nin cinah hücumçusu Bredli Barkola zədələnib
Coşua Zirkze mövsümün sonunda "Mançester Yunayted"dən ayrıla bilər