Çempionlar Liqasında 2023/2024 mövsümünün ilk püşkü atılıb.

img

13-06-2023 [14:20]


UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün ilk püşkü atılıb.

Məlumata görə, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə ilkin mərhələnin yarımfinal cütləri müəyyənləşib.

Andorranın “Atletik Ekaldes” klubu Monteneqro “Buduçnost” kollektivi ilə, San Marinonun “Tre Penne” komandası İslandiya təmsilçisi “Breydablik”lə üz-üzə gələcək. Bu raundun görüşləri iyunun 27-də, final qarşılaşması isə iyunun 30-da olacaq.

Qalib komanda I təsnifat mərhələsinə yüksələcək və burada Azərbaycan çempionu "Qarabağ"a rəqib ola bilər.

Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü oyunun 20-da atılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR