İstanbul klubu müqaviləsi başa çatan oyunçularla müqavilələri yeniləyir

img

13-06-2023 [09:05]


Yeni baş məşqçi ilə anlaşan "Fənərbağça" müqaviləsi başa çatacaq oyunçularla bağlı müqavilələri yeniləyir. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Fənərbağça" müqaviləsi başa çatan Miha Zayc ilə masa arxasına oturmağa qərar verib. 

Məlumata görə, 28 yaşlı oyunuçunun komandada qalıb-qalmayacağı yaxın günlərdə keçiriləcək görüşdə bəlli olacaq.

Xəbərdə o da qeyd olunur ki, müqaviləsi başa çatan Valensiya və Alioski klubdan ayrılıb.

Xatırladaq ki, bu mövsüm "Fənərbağça"nın heyətində 34 matça çıxan sloveniyalı futbolçu sözügedən matçlarda 5 qol vurub, 4 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR