"Beşiktaş" "Ayaks"ın ulduzu ilə anlaşıb

img

12-06-2023 [18:34]


"Beşiktaş" ötən mövsüm "Qalatasaray"ın da radarında olan "Ayaks"ın ulduzu Florian Qrillitçlə  anlaşmaq üzrədir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, “Ayaks”la müqaviləsi başa çatacaq 27 yaşlı futbolçu ilə İstanbul klubu arasında danışıqlar müsbət nəticələnib.

Məlumata görə, tərəflər yaxın günlərdə rəsmən müqavilə imzalayacaqlar. 

Məlumatda o da deyilir ki, 27 yaşlı avstriyalı futbolçu ilə "Beşiktaş", "Verder", "Real Betis", "Sevilya" və Premyer Liqanın bəzi komandaları da maraqlanırlar.

Fərid

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR