“Bakcell”in dəstəyi ilə keçirilmiş velosiped yarışının ən sürətliləri bəlli oldu - FOTOLAR

img

12-06-2023 [17:30]


"Bakcell" şirkətinin dəstəyi ilə “Əziz Şuşa” beynəlxalq velosiped yarışı baş tutub.

Mia.az xəbər verir ki, ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş yarışda 14 ölkədən 100-dən çox idmançı mübarizə aparıb.

Əsl sürət bayramına çevrilmiş bu yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

“Əziz Şuşa” beynəlxalq velosiped yarışı iyunun 7-də Bakıda start götürüb və iyunun 11-də Şuşada yekunlaşıb.

Hazırda "Bakcell" şirkəti “Bakcell ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirir.

Xatırladaq ki, şirkət “NEQSOL Holding”in tərkibinə daxildir.

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR