Türkiyə millsinin hücumçusu "Benfika" ilə 5 illik müqavilə imzalayıb

img

12-06-2023 [00:48]


Portuqaliya Liqasının təmsilçisi "Benfika" Hollandiya liqasında "Feynoord"da çıxış edən Orkun Kökçü ilə anlaşıb.

Mia.az xarici mıətbuata istinadla xəbər verir ki, "Benfika" Türkiyə milli komandasının 22 yaşlı futbolçusu Orkun Kökçünü25 milyon avro və 5 milyon avro bonusla heyətinə qatıb.

Məlumata görə, tərəflər arasında 5 illik müqavilə imzalanıb: "Türk oyunçunun sərbəst qalma qiyməti isə 150 milyon avro müəyəynləşib. Bundan başqa, futbolçunun müqaviləsində növbəti satışda 25 faizlik pay maddəsi var".

Xatırladaq ki, peşəkar karyerasına gənclik illərindən böyüdüyü "Feyenoord"da başlayan Orkun 2022-ci ildə UEFA Avropa Konfrans Liqasının finalında oynayıb.  Onu da qeyd edək ki, "Feyenoord" bu mövsüm Hollandiya Birinci Liqasında çempion olub.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR