TFF prezidenti: "Çempionlar Liqasının fnalından ölkəmizə 200 milyon dollar qazanc gəldi"

img

12-06-2023 [09:07]


Türkiyə Futbol Federasiyasının prezidenti (TFF) Mehmet Büyükekşi Çempionlar Liqası finalında "Mançester City" - "İnter" arasında oynanan və İngiltərə komandasının çempionluğu ilə tamamlanan matçından əldə olunan qazancla bağlı açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, TFF rəhbəri belə bir turniri əla təçkil etdikləri üçün qürurulu olduqlaırnı deyib: "İngiltərə və İtaliyadan olan "Mançester Siti" və "İnter" azarkeşlərinin İstanbulda təhlükəsiz və kefli vaxt keçirmələri də bizim üçün çox əhəmiyyətli idi. Son olaraq deyə bilərəm ki, ölkəmiz və iqtisadiyyatımız bu yarışdamn çox qazanclı çıxdı. Ölkəmizdə ümumilikdə 200 milyon dollar nağd valyuta axını oldu. Biz bu turnirdəki təşkilatçılıqla həm də nəyə qadir olduğumzuu sübut etdik. 2028 və 2032 Avropa Çempionatına namizədliyimizdə çox iddialıyıq".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR