20-05-2014 [11:40]
Həkim səhlənkarlığının və səriştəsizliyinin qurbanı olan mərhum Elnarə Tofiqqızının cinayət işi Bakı Şəhər Prokurorluğunda davam etdirilir. Həmin işdə zərərcəkmiş tərəfin hüquqlarını müdafiə edən hüquqşünas Səməd Vəkilov mediaya müsahibəsində istintaqın gedişində üzə çıxan mübahisəli məqamlardan danışıb. İlk olaraq isə bu hadisəyə ictimai marağın ciddiliyinə toxunub.
Cəzalandırma ictimai vəzifəyə çevrilməlidir
- Elnarə Tofiqqızının ölüm faktı ilə bağlı başlanmış cinayət işinə ciddi şəkildə ictimai nəzarət təmin olunub. Demək olar ki, istintaqın gedişi tam açıqlığı ilə olmasa da, ümumi ardıcıllığı, bir çox detalları ictimaiyyət üçün açıq olub. Ona görə ki, burada söhbət iki azyaşlı körpənin həkim səhlənkarlığının qurbanına çevrilməsindən, onların anasız böyümək kimi acı həyat yaşamasından gedir. Cəmiyyət bu məsələdə həssaslıq nümayiş etdirib. Həm mərhum özü, həm də həyat yoldaşı Anar Niftəliyev mətbuat işçisi olduğundan, bu məsələyə medianın diqqəti ikiqat artıq olub. Digər tərəfdən, hər bir şəxs özünü zərərçəkmişin yerinə qoymalı və bu səhlənkarlıqdan sığortalanmadığını başa düşməlidir. Bu səbəbdən Elnarə Tofiqqızının ölüm faktı və təqsirkarların cəzalandırılması bir ictimai vəzifəyə çevrilməlidir ki, bu cür halların qarşısı alınsın.
Ekspertlər həkim həmkarlarının təəssübünü çəkir
-Sizcə, həkim səhlənkarlığının qurbanına çevrilən ölüm faktları ilə bağlı başlanmış cinayət işlərində hüquq mühafizə orqanlarının münasibəti adekvatdırmı?
- Fikrimcə, bu cinayət işlərində hüquq mühafizə orqanları adekvat reaksiya vermirlər. Ancaq bunu onların şəxsi mövqeyi və ya səriştəsizliyi kimi dəyərləndirmək olmaz. Onların bu cür addım atmalarının obyektiv və subyektiv səbəbləri var. Xüsusilə, burada baş vermiş ölüm faktının araşdırılmasına cəlb edilən ekspertlər öz həkim həmkarlarının təəssübünü çəkərək yanlış qərarlar verirlər. Yaxud, istintaqı aparanlar arasında subyektiv maraqlardan çıxış edərək həkimlərin məsuliyyətdən azad edilməsinə çalışan ekspertlər, hüquq mühafizə orqanı əməkdaşları da olur. Bütün bunlar cunayət işlərinin obyektiv qiymətləndirilməsinə, həqiqi günahkarların üzə çıxarılıb cəzalanmasına mane olur.
- Bəs bunun qarşısını necə almaq olar?
- Burada mühüm məsələlərdən biri müstəntiqlərin həmin araşdırmalara vicdanla yanaşmasıdır. Çünki həkim səhlənkarllığından heç kim sığortalanmayıb. Hüquq mühafizə orqanlarının həkim səhlənkarlığına qarşı münasibətini dəyişməyin əsas forması isə alternativ ekspert rəylərinin alınmasıdır. Düşünürəm ki, bu yolla onların yanaşmasını dəyişmək mümkündür.
- Elnarə Tofiqqızının cinayət işində dediyiniz hallarla rastlaşmısızmı?
- Müdafiə tərəfi olaraq biz də belə hallarla rastlaşmışıq. Ona görə də bu barədə zərərçəkmiş Anar Niftəliyev və mən müdafiəçi kimi Respublikanın Baş prokuroruna şikayət etmişik. Həmin şikayət məktubu mətbuatda dərc edilib. Və Baş Prokuror tərəfindən təmin edilib. Bundan sonra cinayət işi Nəsimi Rayon Prokurorluğundan alınaraq, yenidən araşdırılmaq və obyektiv qərar vermək üçün Bakı Şəhər Prokurorluğuna verilib.
Həkimlər bir-birini ittiham edir
- Sizin hüquq şirkəti də bu cinayət işinin araşdırılması ilə bağlı müstəqil təhqiqat aparır. Bu işlər nə yerdədir? Hansı nəticələr var?
- Müstəqil təhqiqat aparmaqda məqsədimiz istintaqa alternativ informasiyalar verməklə ədalət mühakiməsinin obyektiv nəticəyə gəlməsinə şərait yaratmaqdır. Sözügedən cinayət işi ilə bağlı mətbuatda saysız-hesabsız açıqlamalar gedib. Bu açıqlamalarda maraq doğuran və istintaqın obyektiv nəticəyə gəlməsi üçün əhəmiyyət daşıyan çoxlu məqamlar var. Əsas məqamlardan biri odur ki, Elnarə Tofiqqızının cərrahiyyə əməliyyatında iştirak edən həkimlər Mahir Məmmədov, Firuz İbrahimov və Fərəcullah İdrisov bir-birlərini ittiham edən açıqlamalar veriblər. Hansı ki, bu açıqlamalarla onlar özlərinin istintaqa verdikləri ifadələrini təkzib ediblər. Burada əsas diqqət çəkən məqamlardan biri mərhum Elnarə Tofiqqızının cərrahi əməliyyat zamanı narkoz üsulunun seçilməsi ilə bağlı məqamdır. Yəni, bu qərarın kimin göstərişi ilə həyata keçirilməsi cinayət işinin üzə çıxarmalı olduğu ən həssas məsələdir. Anestezeoloq Firuz İbrahimov narkoz üsulunun seçilməsində göstərişi əsas cərrah Mahir Məmmədovdan aldığını, Mahir Məmmədov isə Firuz İbrahimovun bu üsulu özü seçdiyini bildirib.
Günah anestezioloqun üstünə atılır
- Səhiyyə Nazirliyi də bir necə dəfə bu barədə açıqlama verdi. Bundan istintaqda istifadə edilməsinə cəhd olundumu?
- Səhiyyə Nazirliyi rəsmilərinin mətbuata verdiyi açıqlamalarda Elnarə Tofiqqızının əməliyyat zamanı dünyasını dəyişməsinə bütünlükdə tibb personalının məsuliyyət daşıdığını bəyat etdilər. Onların müalicə üsulunu və narkozun miqdarını seçərkən səhvə yol verdiklərini bildiriblər. Lakin istintaqda əsas kimi götürülən Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin verdiyi ekspert rəylərində bu, əksini tapmadı. Həmin sənədlərdə tibb personalının deyil, təkcə cərrahi əməliyyatda narkoz üsulunu düzgün seçmədiyinə görə anestezioloqun təqsirli olduğunu qeyd ediblər. Bu ziddiyyətli məqamlar da əvvəlki müstəntiqlər tərəfindən araşdırılmamış qaldı.
- Mətbuatda gedən bu açıqlamalar istintaq materiallarına əlavə edilibmi?
- Biz bu materialları cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq rəsmi şəkildə istintaqa təqdim etmişik. Həmin materiallar da cinayət işinə əlavə edilib. Bu sahədə mətbuatdakı dostlarımız bizə yardım ediblər.
-Bilirik ki, siz həkim-ekspertlərin rəyindən narazı qaldığınız üçün şikayət etmisiniz.Bu şikayətlərinizin əsasını nə təşkil edir?
- Biz ilkin tibbi ekspertinin rəyindən narazı qaldığımız üçün müstəqil ekspert, nüfuzlu onkoloq, professor Adil Qeybullaya müraciət etdik. Ekspert kimi ondan baş vermiş ölüm faktına tibbi nöqteyi-nəzərdən qiymət verməsini xahiş etmişik. Professsor Adil Qeybullanın rəyini biz Nəsimi Rayon Prokurorluğuna təqdim etsək də, müstəntiq Ələkbər Rzayev bunu dəyərləndirməyib. Bu səbəbdən də biz şikayət verməli olduq.
Millət vəkilinin sahibkarlıqla məşğul olması...
- Bu günlərdə sözügedən həkim terrorunun baş verdiyi "Medi Sina” Tibb Mərkəzi ilə bağlı sensasion bir məlumat yayıldı. Həmin klinikanın Milli Məclisin deputatı, Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadəyə məxsus olduğu bildirildi. Bu barədə nə deyə bilərsiniz?
- Bəli, belə bir məlumat gedib. Klinikanın fəaliyyəti Nəsimi Rayon Prokurorluğu tərəfindən demək olar ki, araşdırılmayıb. Sözügedən məsələyə iki aspektdən yanaşmaq lazımdır. Birincisi, klinikanın fəaliyyətinin yarıtmaz olması və bundan irəli gələn ölüm faktı. İkincisi, Milli Məclisin deputatının sahibkarlıq fəaliyyəti ilə məşğul olması. Bildiyiniz kimi,Azərbaycan Respublikası Konstitusiyasının89.4-cu maddəsinə əsasən, Milli Məclisin deputatı sahibkarlıq fəaliyyəti ilə məşğul olduqdadeputat mandatından məhrum edilir. Yəni, bu çox ciddi məsələdir.
- Hazırda istintaq Bakı Şəhər Prokurorluğunda aparılır. İşin gedişindən razısınız?
- Hələki istintaqın gedişindən heç bir narazılığımız yoxdur. Ümid edirəm ki, hazırda işi aparan Vaqif Süleymanov ədalət mühakiməsinin obyektiv nəticəyə gəlməsi üçün bütün gücünü səfərbər edəcək. Çalışırıq ki, bayaq qeyd etdiyimiz ziddiyyətli məqamlar aradan qaldırılsın və günahkarlar ciddi şəkildə cəzalandırılsın. Hazırda Bakı Şəhər Prokurorluğu əvvəlki mərhələdə Nəsimi Rayon Prokurorluğunun nəzərə almadığı, diqqət göstərmədiyi və araşdırmadığı həmin məsələlərin araşdırılması ilə məşğuldur.

Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açqı mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Avropa ölkəsini sarsıdan qalmaqal - Prezidentin müşaviri ilə ombudsmanın intim videosu yayıldı (FOTO)
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...
“Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır" - Onlayn sifariş edilmiş mallar buraxılmır, Komitə isə deyir ki...
Narkoman çıxan bloger həyat tərzini dəyişir: "Daha yarıçılpaq fotolarımı görməyəcəksiniz"
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
Kokainə görə həbs edilən "Qalatasaray"ın sabiq hücumçusu etirafçı olacaq: "Peşmanam"
Agentliyin sədr müavini vəzifədən çıxarıldı
TRAMP İRANLA DANIŞIQ İÇİNDƏ OLDUĞUNU TƏSDİQLƏDİ, 4 ÖLKƏNİ HƏDƏLƏDİ: "Həyatda qala bilməyəcəksiniz"
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"