19-05-2014 [22:53]
Prezidentin sabiq işlər müdiri, məhbus Akif Muradverdiyev "Media forum” saytının suallarını cavablandırıb. Sayt mayın 19-da müsahibənin bir hissəsini dərc edib. Həmin hissəni ixtisarla təqdim edirik.
- Bakı Apellyasiya Məhkəməsi şikayətinizi təmin etmədi. Buna münasibətiniz necədir?
- Çox təəssüf edirəm ki, necə həbs olunmuşdumsa, eləcə də məhkəmə dinləmələri oldu. Təkcə onu demək kifayətdir ki, Cinayət Məcəlləsinin 206.1 maddəsi ilə təqsirləndirilənə ağır cəza verilmir. Əgər həbs olunanların statistikasına nəzər yetirsəniz, Cinayət Məcəlləsinin 206.1 maddəsi ilə həbs olunan məhkumlara ən yüngül cəza verildiyini görərsiniz. Bu maddə ilə çox az hallarda həbs qətimkan tədbiri seçilir. Mən həm rayon məhkəməsində, həm də Bakı Apellyasiya Məhkəməsində keçirilən iclaslarda həmin mənzərənin şahidi oldum. Onlar ya məhkəmə zalından buraxıldılar, ya da ən ağır cəzaları 2 il oldu. Mənə qarşı açıq-aşkar qurulmuş oyuna isə 4 il cəza verdilər. Belə olan halda mən necə razı qala bilərəm?
- Ali Məhkəməyə kassasiya şikayəti vermisiniz. Gözləntiniz nədir?
- Ümid edirəm ki, Ali Məhkəmə barəmdə qəbul edilmiş haqsızlığa ədalətli qərar verə bilər.
- 11 aydır həbsdəsiniz. Yəqin ki, bu müddətdə keçmişdə baş verənləri götür-qoy etmək, nəzərdən keçirmək imkanınız olub. Əslində nə baş vermişdi? Sizi niyə həbs ediblər?
- Bəli, 11 aydır ki, mənə qarşı niyə belə bir xəyanət törədildiyini anlaya bilmirəm. Mənim həbsim əslində kiminsə qisasına oxşayır. Həyatım boyu heç kimə nəinki xəyanətim, hətta bir adamın şəxsiyyətinə toxuna biləcək hər hansı davranışım olmayıb. Mən insanlara tutduqları mövqelərinə görə deyil, onların varlığına görə hörmət etmişəm. Pis əməllərdən həmişə uzaq olmuşam. Nə qədər düşünürəmsə, hərəkətimdə hansısa bir xəyanətə oxşar element görmürəm.
Mən 2005-ci ildən sonra nə dövlət adamları ilə, nə də siyasətlə məşğul olan iqtidar, yaxud müxalifət nümayəndəsi ilə görüşmüşəm. 2010-cu ildən sonra hərdənbir yas mərasimlərində keçmiş həmkarım Eldar Namazovla görüşərdik. Onun da söhbətlərində, danışıqlarında ölkə başçısına qarşı kiçicik də olsa narazı bir söz eşitməmişəm. Ola bilsin ki, hakimiyyət dairələrində kimdənsə narazılıq olub. Bu o demək deyil ki, belə görüşlərdə dövlət başçısına qarşı hər hansı bir çirkin niyyət olub.
Yaxud təsadüfən kiminləsə üz-üzə gəlmişəm. Mən nə etməliydim? Deməliydim ki, çəkil mənim qarşımdan, bizim görüşümüz hakimiyyətə qarşı yozula bilər? Axı biz öz ölkəmizdə yaşayırıq. Qədimdən qalan abır-həya hələ tükənməyib. Hamıya düşmən kimi baxmaq nə qədər ədalətə söykənir?
Bəli, kiminləsə görüşdüyümə görə həbs edildiyimi başa düşürəm. Ancaq əvvəlcə məndən soruşmaq olardı ki, filankəslə görüşmüsən, həmin görüşdə məqsəd nə idi? Mən də görüşümün məqsədini danışardım. Şübhəli, yaxud xoş məramlı nə varsa, ona mən cavab verərdim. Səhv mövqedə olsaydım, mənə düz məsləhət verilə bilərdi. Təəssüf edirəm ki, məndən bunu soruşmadılar. Bunların heç biri olmadan başıma gətirilənləri isə bilməmiş deyilsiniz.
***
Akif Muradverdiyev Xəzər Rayon Məhkəməsinin 13 dekabr 2013-cü il hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin iyun ayında tutulan Akif Muradverdiyev qaçaqmalçılıqda ittiham olunur. Bakı Apellyasiya Məhkəməsi bu il fevralın 12-də rayon məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilərək sonradan iqtisadi cinayətlərə görə 6 il azadlıqdan məhrum olunan Akif Muradverdiyev 2008-ci il yanvarın 15-də Ali Məhkəmənin qərarı ilə sərbəst buraxılmışdı.
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibəyə bütün bölgəyə təhlükəsi yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açqı mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Avropa ölkəsini sarsıdan qalmaqal - Prezidentin müşaviri ilə ombudsmanın intim videosu yayıldı (FOTO)
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...
“Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır" - Onlayn sifariş edilmiş mallar buraxılmır, Komitə isə deyir ki...
Narkoman çıxan bloger həyat tərzini dəyişir: "Daha yarıçılpaq fotolarımı görməyəcəksiniz"
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
Kokainə görə həbs edilən "Qalatasaray"ın sabiq hücumçusu etirafçı olacaq: "Peşmanam"
Agentliyin sədr müavini vəzifədən çıxarıldı
TRAMP İRANLA DANIŞIQ İÇİNDƏ OLDUĞUNU TƏSDİQLƏDİ, 4 ÖLKƏNİ HƏDƏLƏDİ: "Həyatda qala bilməyəcəksiniz"
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"