Öz oğluna aylıq 15 min manat maaş, milllinin oyunçularına isə... - "Səbail"də nə baş verir?

img

05-06-2023 [22:56]


Bakının “Səbail” komandası  heyətində “təmizləmə işləri” aparmaqda davam edir.

Mia.az xəbər verir ki, Matc.az saytının əldə etdiyi məlumata görə, əcnəbi oyunçularının əksəriyyəti ilə yollarını ayıran paytaxt təmsilçisində bu gedişlə yerli də qalmayacaq.

Konkret olaraq, qapıçı Emil Balayev və müdafiəçi Turan Manafov yol üstədi. Düzdü, rəhbərlik onlara yeni müqavilə təklif edib. Məsələ burasındadı ki, bu, futbolçuları qane etməyib.

Hər halda, yeni transfer edilən Şahin Diniyevin oğlu Coşqun Diniyevə aylıq 15 min manat vəd verən “Səbail”in Manafova bunun heç yarısını təklif etməməsi bir növ “özünə komanda axtar”, mesajıdı. 25 yaşlı müdafiəçi qalarsa, 6 min manatlıq maaşa qane olmalıdı.
 
Emil Balayevə edilən aylıq maaş təklifinin məbləği isə 12 min manatdı. Millimizin üzvü də bunu müsbət cavablandırmayıb. 29 yaşlı qolkiper “Neftçi”yə keçmək üzrədi.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR