"Qəbələ" daha bir futbolçusu ilə müqaviləni yeniləyib

img

05-06-2023 [13:00]


"Qəbələ" daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

Komandanın baş məşqçisi Elmar Baxşıyevin verdiyi məlumata görə, Murad Musayevin başa çatan sözləşməsinin müddəti daha 1 illik uzadılıb.

Əyalət təmsilçisi 29 yaşlı müdafiəçidən əvvəl Urfan Abbasov, İlkin Qırtımov və Emin Səfərovla yeni müqavilə bağlayıb.

Baxşıyev heyətin bir çox üzvünə digər kublardan təkliflər olduğunu bildirib: "Normal haldır, çünki hamısı yaxşı oyunçudur. Rəhbərlikdən əsas xahişim bu olub ki, həmin futbolçuları komandada saxlayaq. Bunun üçün isə onları razı salmalıyıq".

Mütəxəssis təlim-məşq toplanışına iyunun 21-i və ya 22-də başlayacaqlarını, ilk mərhələnin Qəbələdə, sonrakı etapın isə Türkiyədə olacağını açıqlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR