Prezident İlham Əliyev Moldovada belə qarşılandı: Maya Sandu və Baş nazirlə görüş oldu - FOTOLAR (Yenilənib)
31-05-2023 [21:46]
Mayın 31-də Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşü olub.
Mia.az xəbər verir ki, əvvəlcə birgə foto çəkdirildi.
Prezident Maya Sandu dövlətimizin başçısını Müstəqillik Günü və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibətilə təbrik etdi.
“Avropa siyasi birliyi”nin Zirvə Toplantısının Moldovada keçirilməsi ilə bağlı təbriklərini çatdıran Prezident İlham Əliyev belə böyükmiqyaslı tədbirin dost Moldovada təşkil edilməsini müsbət qiymətləndirdi.
Görüşdə ölkələrimiz arasında münasibətlərin yaxşı səviyyədə olduğu qeyd edildi, enerji, investisiyalar və digər istiqamətlərdə əməkdaşlıq məsələlərinə toxunuldu, əlaqələrimizin perspektivləri müzakirə olundu.
Söhbət zamanı iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı, bu istiqamətdə səylərin artırılmasının vacibliyi qeyd edildi.
Beynəlxalq təşkilatlarda ölkələrimizin qarşılıqlı dəstəyi yüksək qiymətləndirildi, bu xüsusda Azərbaycanın və Moldovanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədikləri vurğulandı.
Maya Sandu “Avropa siyasi birliyi”nin Moldovada keçirilən Zirvə Toplantısı çərçivəsində dövlətimizin başçısının Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə Ermənistanın baş nazirinin, Almaniya və Fransa liderlərinin iştirakı ilə keçiriləcək beştərəfli görüşünü müsbət addım kimi qiymətləndirdi.
Dövlətimizin başçısı Moldova Prezidentini Azərbaycana səfərə dəvət etdi.
Dəvət məmnunluqla qəbul olunub.
***
Mayın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kişineuda Moldova Respublikasının Baş naziri Dorin Reçan ilə görüşüb.
Mia.az xəbər verir ki, Azərbaycan Prezidenti ilə görüşdən məmnunluğunu bildirən Moldovanın Baş naziri dövlətimizin başçısının “Avropa siyasi birliyi”nin Zirvə toplantısında iştirakına görə minnətdarlığını ifadə etdi. Dorin Reçan Müstəqillik Günü və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Prezidentini təbrik etdi. O, Ümummilli Liderin nümunəvi şəxsiyyət olduğunu vurğuladı.
Prezident İlham Əliyev “Avropa siyasi birliyi”nin Zirvə toplantısının Moldovada keçirilməsi münasibətilə təbriklərini çatdırdı.
Baş nazir Azərbaycanın Moldovaya göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə etdi.
Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edildi, Azərbaycan ilə Moldova arasında iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu bildirildi. Hazırkı ticarət dövriyyəsinin qənaətbəxş olmadığı qeyd edildi. Ticarət dövriyyəsinin şaxələndirilməsinin vacibliyi diqqətə çatdırıldı. Bu xüsusda hökumətlərarası komissiyanın fəaliyyətinin daha da intensivləşdirilməsinin əhəmiyyəti vurğulandı.
Söhbət zamanı Azərbaycan ilə Moldova arasında kənd təsərrüfatı, elektroenergetika, sərmayələr, infrastruktur layihələri ilə bağlı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd edildi. Moldovanın üzümçülük və şərabçılıq sahəsində geniş təcrübəsinin, Azərbaycanın da bu sahədə zəngin ənənələrinin olduğu vurğulandı. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olduğu bildirildi.
Dövlətimizin başçısı Moldovanın Baş nazirini Azərbaycana səfərə dəvət etdi.
Dəvət məmnunluqla qəbul olunub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə Toplantısında iştirak etmək üçün mayın 31-də Moldova Respublikasına səfərə gedib.
Mia.az xəbər verir ki, Kişineu şəhərinin beynəlxalq aeroportunda dövlət başçısını rəsmi şəxslər qarşılayıblar.
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücumu olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ