İlham Əliyevlə İsrail prezidenti Bakıda görüşdü: birgə bəyanat verildi, yeni sənədlər imzalandı (FOTOLAR/Yenilənib)
30-05-2023 [16:33]
Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İsrail Dövlətinin Prezidenti İsxaq Hersoq mətbuata bəyanatlarla çıxış ediblər.
Mia.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib.
Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli, cənab Prezident.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Cənab Prezident, ölkəmizə xoş gəlmisiniz. Sizi Azərbaycanda qəbul etmək imkanına malik olduğuma görə çox şadam. Sizin səfəriniz ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. Əminəm ki, səfər bizim ikitərəfli əlaqələrimizi gücləndirəcək. Aramızda çox fəal siyasi dialoq var və biz cənab Prezidentlə telefonla əlaqə saxlayırıq. İndi isə, əlbəttə ki, rəsmi səfər zamanı bizim ikitərəfli gündəliyimizdə duran önəmli məsələləri müzakirə etmək üçün daha çox imkanımız var. Bu il İsraildə Azərbaycan səfirliyinin açılması, əlbəttə ki, əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.
Bəzi iqtisadi rəqəmlərə nəzər salarkən gördüm ki, ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çoxdur, bu da böyük məbləğdir. Lakin, hesab edirəm ki, növbəti illərdə biz ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq və ümid edirəm ki, həyata keçiriləcəyini planlaşdırdığımız birgə layihələr nəticəsində bizim daha balanslaşdırılmış ticarət dövriyyəmiz olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq. Buna baxmayaraq, uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da əslində enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir.
Bu gün müzakirələr zamanı biz, həmçinin enerji sahəsində əməkdaşlığın necə genişləndirilməsi məsələsini də müzakirə etdik. Çünki biz investisiya layihələri, interkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar görürük.
Biz, həmçinin irriqasiya və kənd təsərrüfatı sahəsində planlarımızı və artıq görülmüş işləri müzakirə etdik. İsrailin bu sahədə böyük nailiyyətlərindən bizim xəbərimiz var və biz kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün bu müsbət təcrübədən istifadə etmək və ixrac bazarımızı şaxələndirmək istəyirik.
Nisbətən bu yaxınlarda əməkdaşlığa başladığımız sahələrdən biri kibertəhlükəsizlik sahəsidir. Bu sahədə fəal təmasların başlanılmasına çox şadıq. Bu gün artıq sirr deyil ki, kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Əlbəttə ki, bu sahədə İsrail şirkətlərinin böyük təcrübəsi bizim üçün faydalı olacaq. Həmçinin gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq.
Təhdidlərdən danışarkən, həmçinin müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlığı məmnuniyyətlə qeyd etmək istəyirəm. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır.
Bu gün biz, həmçinin qarşılılıqlı turist axını səviyyəsinin necə qaldırılmasını da müzakirə etdik. Həftədə yalnız dörd reys var və hesab edirəm ki, bu, yetərli deyil. Nümayəndə heyətlərinin üzvlərinə uçuşların sayının artırılması ilə bağlı göstərişlər verilmişdir və bunun təkcə mövsümi əsasda yox, - çünki adətən yay vaxtlarında daha çox uçular olur, - daimi əsasda edilməsi tapşırılmışdır. Həmçinin İsraildə daha çox təqdimat imkanlarının araşdırılması da tapşırılmışdır ki, biz İsraildən daha çox turisti buraya dəvət edə bilək və əsrlər boyu Azərbaycanda yaşayan yəhudi icması haqqında daha çox məlumat verə bilək. Bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri - Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır. Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə çiyin-çiyinə vuruşublar. Bu gün bu, təkcə Azərbaycanın uğurlu inkişafı, mədəniyyətlərarası sülh və dostluq üçün yox, eyni zamanda, bizim ikitərəfli münasibətlərimiz üçün mühüm amildir. Bilirəm ki, İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Bizim dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir. Bizim əsrlər boyu davam edən qarşılıqlı əlaqələr, dostluq və qarşılıqlı dəstək tariximiz var. Müstəqil ölkə olaraq Azərbaycanın sadəcə 31 yaşı var, lakin bizim qədim tariximiz var və Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belə olmaqda davam edirlər. Beləliklə, bu, ölkələrimiz arasında, belə deyək, mədəni körpülərdir. Buna görə onların bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir.
Bizim gündəliyimiz həqiqətən də genişdir. Mətbuat konfransı üçün vaxtımız məhduddur, əks halda ikitərəfli əməkdaşlığımızın geniş gündəliyi haqqında saatlar ərzində danışardıq. Əlbəttə ki, nümayəndə heyətlərinin üzvləri bu gün və sabah daha sıx qarşılıqlı əlaqədə olacaqlar.
Yekunda mən bir daha cənab Prezidentə dəvətimi qəbul etdiyinə və Azərbaycanı rəsmi səfərlə ziyarət etdiyinə görə təşəkkürümü ifadə etmək istəyirəm. Ona və İsrail xalqına sülh, uğur və çiçəklənmə, Azərbaycanda yaxşı vaxt keçirməyi arzu etmək istəyirəm. Bir daha xoş gəlmisiniz, cənab Prezident.
x x x
Sonra İsrail Prezidenti bəyanatla çıxış edib.
Prezidenti İsxaq Hersoqun bəyanatı
– Təşəkkür edirəm, cənab Prezident.
Azərbaycana səfər etmək mənim üçün və millətim üçün həyata keçən arzudur. Bu səfər İsrail xalqı üçün və Azərbaycan xalqı ilə İsrail xalqı arasında birgə əlaqələr baxımından böyük əhəmiyyət kəsb edir.
Cənab Prezident, qonaqpərvərliyinizə, dəvətinizə görə təşəkkür edirəm. Mən bunun qarşılığında Sizi və birinci xanımı İsrailə dövlət səfərinə dəvət etmək istərdim. Bu, əsası mərhum məşhur atanız tərəfindən qoyulmuş və illər ərzində inkişaf etmiş heyrətamiz əlaqələrimizin ifadəsi olar. Prezident Əliyev, dövlətinizi qurub və Siz son bir neçə ildə onu genişləndirərək inkişaf etdirmisiniz.
Bizim əlaqələrimizin dərin kökləri var. Yəhudilərin bu ölkədəki irsinin kökləri, yeri gəlmişkən, özlüyündə nümunə olan nadir irsi və yəhudi icmalarının 120-130 il əvvəl meydana gəlməsi ilə Azərbaycanın dünyada yazdığı hekayəsinə öz böyük töhfəsini verib. Sülh, ümumi rifah, yaxşı işlərə dair birgə strateji baxışımızla birlikdə, yəhudilərlə müsəlmanlar arasında səmərəli, ədalətli, səmimi, dostcasına dialoq, bizim arzulaya və nümayiş etdirə biləcəyimiz bir baxışdır.
Sirr deyil ki, ölkəniz əhalisinin əksəriyyəti şiələr olan müsəlman ölkəsidir. Buna baxmayaraq, millətlərimiz arasındakı sevgi və bağlılıq dünyanı necə dəyişdirə biləcəyimizin və irəli gedə biləcəyimizin nümunəsidir. İndicə səhiyyə nazirlərimiz arasında şahidi olduğumuz mərasim, cənab Prezident, Sizin qeyd etdiyiniz kimi, əməkdaşlıq üçün nə qədər məsələ və sahənin olmasının daha bir nümunəsi və təcəssümüdür.
Bizim ortaq baxışımız var, mən Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm. Siz mənə Azərbaycanın Avropanın enerji sektoruna, ümumilikdə regiona, Asiyaya, sözsüz ki, bizimlə əlaqəli Yaxın Şərqə təsiri barədə danışdınız. Biz İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturuna nəzər saldıq, bu məsələni dərindən müzakirə etdik. Əlbəttə ki, biz elm, kənd təsərrüfatı və cənab Prezident, giriş nitqində qeyd etdiyiniz bir çox sahələrdə əməkdaşlığı inkişaf etdirmək imkanlarımızı səbirsizliklə gözləyirik.
Mən bu möhtəşəm an üçün Sizə səmimi-qəlbdən minnətdarlığımı bildirmək istəyirəm. Biz İsrailin müstəqilliyinin 75 illiyini, eyni zamanda dövlətlərimiz arasında çox güclü əlaqələrimizin 30 illiyini qeyd edirik. Əminəm ki, mənim və nümayəndə heyətimin bu səfəri əlaqələrimizin daha da inkişafı baxımından bir mərhələ olacaq. Təşəkkür edirəm, bizim dediyimiz kimi, şalom, cənab Prezident.
****
Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb.
Mia.az xəbər verir ki, sənədi Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev və İsrail Dövlətinin daxili işlər və səhiyyə naziri Moşe Arbel imzalayıblar.
***
Azərbaycana səfərə gələn İsrail Prezidenti İsxak Hersoqun Bakıda rəsmi qarşılanma mərasimi olub.
Mia.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İsrail prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti İsxaq Hersoqu qarşılayıb.
Azərbaycanın və İsrailin dövlət himnləri səsləndirilib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Mayın 30-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə İsrail Prezidenti İsxaq Hersoqun təkbətək görüşü olub. Daha sonra tərəflərin geniş tərkibdə görüşü başlayıb. başlayıb.
***
İsrail Dövlətinin Prezidenti İsxaq Hersoq mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Mia.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İsrail Prezidenti İsxaq Hersoqu və xanımı Mixal Hersoqu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb
Yeni Hərbi prokuror kollektivə təqdim olunub - FOTO
Preziedent ona yüksək vəzifə verdi - Sərəncam + FOTO
Daha bir deputat istefa verdi
İranda qum fırtınası: bəzi şəhərlərdə məktəblər bağlanıb
Məhkəmə Gənc Qazilər Birliyinin sədrinə "yox" dedi
“Melissa Group”un rəhbəri ev dustaqlığına buraxılıb
Sabah yağış yağacaq
İran XİN: Putinin Tehrana səfərinə hazırlıq gedir
Lüksemburqda Avropa Şurasının 134-cü sessiyası başlayıb
"Tramp ABŞ iqtisadiyyatının böyüməsinə zərər verir"
Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik vasitə aşkarlanıb
Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
Zelenski Albaniya və İtaliyaya səfər etməyi planlaşdırır
Nazir bu xanıma yüksək vəzifə verdi - Leyla Muradzadə kimdir?
Azərbaycan nefti daha bir dollar bahalaşdı
Leyla Quliyeva direktor təyin olunub - Nazir əmr imzaladı
"Fənərbağça"nın sabiq futbolçusu Acun Ilıcalıya "tərs şapalaq" atdı
ORDUMUZ ERMƏNİSTANIN NÖVBƏTİ TƏXRİBATINA CAVAB VERİB - MN açıqladı
“Rusiyanın cavabını gözləyirik” - “Biz üçüncü dünya münaqişəsinə başlamaq istəmirik”
Makron: "Bu suala Prezident olaraq cavab verə bilmərəm" - "Bölgədə səlahiyyət sahibi Trampdır..."
"Pepe" kimi tanınan sabiq dövlət başçısı vəfat edib
Ərdoğan Trampı "yola gətirib" - ABŞ Suriyaya sanksiyaları ləğv edir
Xəstəxana bombalanıb - 36 nəfər ölüb, yaralananlar var
Baş nazir Ərdoğana təşəkkür edib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Kənd təsərrüfatı naziri COVID-19-a yoluxub
İstanbulda növbəti zəlzələ olub
İtaliyada Etna vulkanı güclü kül və lava püskürüb
Qəzzada daha 9 nəfər ölüb
ANAMA-nın vəzifəli şəxsi niyə postundan azad olunub? - Səbəb
Tramp Səudiyyə Ərəbistanını 142 milyard dollarlıq silah alışına məcbur elədi - Dünya tarixində bir ilkə imza atıldı
Tramp Türkiyəyə qəfil səfərə hazırlaşır: "Ümid edirik ki, Putin İstanbula gələcək, sonra..."
DAHA İKİ ŞƏXSƏ VƏZİFƏ VERİLDİ - Fotolar
Baş katibi: "Türkiyə möhkəm müttəfiqdir"
"Georgi lenti" taxan İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifədən azad edildi - Saleh Səmədov üzvlükdən də çıxarıldı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
UEFA AFFA-nı 5000 avro cərimələyib
İlham Əliyev müharibə əlilləri və şəhid ailələrinin mənzil təminatı ilə bağlı sərəncam imzaladı - Dəyişiklik
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı