40 qol atan Mbappe qərar verdi - Bu dəfə Makron onu dayandıra bilməyəcək

img

24-05-2023 [09:47]


Ötən mövsüm "Real Madrid"lə razılığa gəlsə də, 72 milyon avro zəmanətli maaş və Fransa prezidenti Emmanuel Makronun müdaxiləsi ilə PSJ-də  qalan Mbappe bu dəfə qəti qərarla komandadan ayrılır.

Mia.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Bildirilib ki, müqaviləsi 2024-cü ildə bitəcək Kilian Mbappenin 1 illik müqavilə uzatma variantından istifadə etməyəcək: "Klub rəhbərliyi onunla müqaviləni yenidən uzatmaq üçün görüşüb. Lakin ulduz qolçu çox açıq şəkildə komandadan gedəcəyini deyib".

İddiaya görə, bu dəfə ölkə prezidenti Makron belə, futbolçunun gedişini əngəllyə bilməyəcək: "O, yenidən "Real"la anlaşacaq".

Xatırladaq ki, Kilian Mbappe bu mövsüm PSJ-də 41 oyuna çıxıb. Fransız ulduz bu matçlarda 40 qol vurub, 9 məhsuldar ötürmə verib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR