Prezident ATƏT Parlament Assambleyasının sədrini qəbul edib - Nələr müzakirə olunub? (FOTO)
23-05-2023 [13:10]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də ATƏT Parlament Assambleyasının (PA) sədri xanım Marqareta Sederfelti qəbul edib.
Mia.az xəbər verir ki, Marqareta Sederfelt Milli Məclisin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın əhəmiyyətini vurğulayıb və bu tədbirdə ATƏT-ə üzv ölkələrin çox sayda parlament nümayəndə heyətlərinin təmsil olunduğunu bildirib, burada gündəlikdə duran vacib məsələlərin müzakirəsi üçün yaxşı imkan yarandığını deyib.
ATƏT Parlament Assambleyasının sədri nümayəndə heyəti ilə birlikdə Zəngilan rayonuna səfər edəcəklərini və ərazilərimizin yenidən qurulması prosesləri ilə tanış olacaqlarını vurğulayıb.
Marqareta Sederfelt hazırda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində media müstəvisində müsbət bəyanatların olduğunu qeyd edərək sülh gündəliyi ilə maraqlanıb.
Dövlət başçısı Milli Məclisin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransın əhəmiyyətini vurğulayıb. Nümayəndə heyətinin işğaldan azad edilmiş torpaqlarımıza səfərinin, orada aparılan işlərlə yerində tanış olmalarının önəmini qeyd edən Prezident İlham Əliyev hazırda həmin ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini diqqətə çatdırıb.
Azərbaycan Prezidenti 44 günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistanla münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə məhz Azərbaycanın çıxış etdiyini vurğulayıb. Dövlət başçısı bu xüsusda son dövrlərdə iki ölkənin xarici işlər nazirləri səviyyəsində sülh müqaviləsinin mətni üzrə Vaşinqtonda aparılmış müzakirələri, həmçinin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə özünün Ermənistanın baş naziri ilə keçirdiyi görüşlərini qeyd etdi, qarşıdan gələn dövrlərdə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində görüşlərin olacağını bildirib.
Prezident İlham Əliyev Azərbaycanın təqdim etdiyi 5 prinsip, xüsusilə dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı şəkildə tanınması əsasında ölkəmizin sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini vurğulayıb.
Dövlət başçısı bildirib ki, Azərbaycan, Gürcüstan və Ermənistanın eyni platformada bir araya gətirilməsi və inteqrasiya olunmuş Cənubi Qafqaz modelinin yaradılması təşəbbüsü məhz Azərbaycan tərəfindən irəli sürülüb.
Görüşdə nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələləri də müzakirə olunub.
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR