Fatih Terim Hollandiyanın məşhur komandasının başına keçir - Köməkçisi isə...

img

20-05-2023 [19:59]


"Qalatasaray"ın əfsanəvi məşqçisi Fatih Terim Hollandiyaya gedir.

Mia.az xəbər verir ki, bu barədə Türkiyənin "Fanatik" qəzeti yazıb.

Qəzetin iddiasına görə, Səudiyyə Ərəbistanı komandalarından gələn təklifləri rədd edən Fatih Terim üçün Hollandiyanın "Ayaks" komandası hərəkətə keçib.

Məlumata görə, "Feyenoord"a çempionluğu qapdıran "Ayaks" məşqçisi ilə yollarıı ayırmaq və təcrübəli Fatih Terimi komandanın sükanı arxasına gətirməyi planlayıb: ""Ayaks" Terimi komandanın başına gətirdikdən sonra daha bir sürprizə imza atacaq. Fatih Terimin köməkçisi vəzifəsində "Qalatasaray"ın və Hollandiya millisinin sabiq oyunçusu Uesli Sneyder gətiriləcək".

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR