Müsavat Partiyası yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək

img

17-05-2014 [12:24]


Müsavat Partiyası qurultaya yer ayrılması məqsədilə yenidən Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edəcək. Bunu APA-ya açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı deyib.
O bildirib ki, BŞİH partiyanın mayın 24-nə təyin etdiyi qurultaya gec cavab verdiyindən, qurultayın vaxtı dəyişdirilib: "Bakı Şəhər İcra Hakimiyyəti bizim fevral ayında göndərdiyimiz müraciətə mayın 15-də cavab verib. Vaxt azlığı səbəbindən biz də qurultayın vaxtını dəyişərək, iyunun 21-nə təyin etmişik. Buna görə də partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısı keçiriləcək və güman ki, yenidən BŞİH-ə müraciət etməli olacağıq”.
Xatırladaq ki, BŞİH partiyaya qurultay keçirmək üçün Səttar Bəhlulzadə adına Mədəniyyət Evini məqsədəuyğun hesab edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA