Daum reanimasiyaya yerləşdirildi

img

19-05-2023 [23:48]


Türkiyədə “Beşiktaş” və “Fənərbağça”da baş məşqçi kimi çalışan Kristof Daum ABŞ-da reanimasiyaya yerləşdirilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ağciyər xərçəngi olan 69 yaşlı Daumun halı Nyu-York şəhərində qəfildən pisləşib.

Almaniyanın RTL  televiziya kanalına güclə açıqlama verən Daum xəstəxanada olduğunu təsdiqləyib: "Təəssüf ki, hazırda Nyu Yorkdakı bir xəstəxananın reanimasiya şöbəsindəyəm. Bu səbəbdən sizinlə hələlik danışmaq mümkün deyil".

Kristof Daum Türkiyədə “Fənərbaxça” ilə iki dəfə, “Beşiktaş”la isə bir dəfə Super Liqanın qalibi olub. O, “Beşiktaş”la Türkiyə kubokunu da qazanıb.

Daum mayın əvvəlində İstanbula gələrək "Fənərbaxça" klubunu ziyarət edib.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR