Premyer Liqanın "qol maşını" futboldan uzaqlaşdırıldı - Millinin hücumçusu sərt formada cəzalandırıldı

img

18-05-2023 [11:32]


Bu mövsüm "Brentford" forması ilə İngiltərə Premyer Liqasında 21 dəfə toru silkələyən İvan Toni "mərc oyunları"na qatılaraq, "sistemə dəsətk verdiyi üçün 8 ay futboldan uzaqlaşdırılıb.

Mia.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı yazıb.

Məlumata görə, hücumçu 2024-cü il yanvarın 16-dək heç bir matçda iştirak edə bilməyəcək.

Futbol Assosiasiyası ingilis futbolçuya cəza ilə yanaşı, pul cəzası da kəsib.

Xatırladaq ki, bu mövsüm Premyer Liqada 33 oyunda 20 qol və 4 məhsuldar ötürmə, Kubokda isə 2 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan İvan Toni bazar dəyərini 50 milyon avroya yüksəldib. 

27 yaşlı hücumçu İngiltərə millisində də oynamağa başlayıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR