Prezident İlham Əliyev İordaniya parlamentinin Nümayəndələr Palatasının sədrini qəbul edib - FOTO
16-05-2023 [17:09]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Əhməd Əs-Səfadini qəbul edib.
Mia.az xəbər verir ki, Prezident İlham Əliyev Əhməd Əs-Səfadinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakından məmnunluğunu bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkəmiz ən ağır dövrlərdə öz müstəqilliyini qoruyub saxlaya bildi və inkişaf yoluna qədəm qoyub.
İkitərəfli münasibətlərə toxunan dövlətimizin başçısı Azərbaycanla İordaniyanın dost və qardaş ölkələr olduğunu və əlaqələrimizin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini bildirib.
Əməkdaşlığımızın genişlənməsində qarşılıqlı səfərlərin önəmini qeyd edən Azərbaycan Prezidenti Əhməd Əs-Səfadinin ölkəmizə səfərinin parlamentlərarası əlaqələrin genişlənməsi işinə töhfə verəcəyinə və münasibətlərimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə edib.
Dövlətimizin başçısı ilə görüşdən şərəf hissi duyduğunu bildirən Əhməd Əs-Səfadi İordaniya Kralı II Abdullah ibn Al Hüseynin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İordaniya Kralına çatdırmağı xahiş edib.
Qonaq vurğulayıb ki, Azərbaycanla İordaniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin əsasının qoyulmasında dünya səviyyəli şəxsiyyətlər Heydər Əliyevin və İordaniya Kralı Hüseyn bin Talalın xüsusi rolları olub.
Əhməd Əs-Səfadi qeyd edib ki, Azərbaycan dövlətinin banisi Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz böyük uğurlara və nailiyyətlərlə imza atıb. O vurğulayıb ki, Azərbaycan Avropanın ən qabaqcıl ölkələri ilə müqayisə oluna biləcək dərəcədə inkişaf yolundadır.
Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Sonda Əhməd Əs-Səfadi dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR