“Mançester Yunayted” "Fənərbağça"nın keçmiş oyunçusunu 50 milyon avroya alır

img

16-05-2023 [09:56]


Növbəti mövsüm üçün heyətini gücləndirməyə başlayan İngiltərənin “Mançester Yunayted” komandası İtaliya çempionu “Napoli”də çıxış edən Kim Min Cenlə anlaşıb.

Mia.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı yazıb.

Bildirilib ki, "Mançester Yunayted" "Napoli"dən qalmaq istəyən Kim Min Çenlə uzun danışıqlardan sonra transferə razı sala bilib: "Ötən  mövsüm "Fənərbağça"dan 18 milyon avroya satın alınan Kim Min İtaliyada xoşbəxt olmasına görə başqa ölkəyə getmək istəmir. O, İngiltərə liqasının onun xəyalı olduğunu desə də, hələki İtaliyada oynamaq istədiyini deyir. Ancaq ingilislər ona əlavə vədlər verərək, fikirindən daşındırıblar.  Bu səbəbdən, o, bu transferə "hə" deyib".

İtaliya mətbuatı yazır ki, ingilislər onun transferi üçün "Napoli"yə 50 milyon avro ödəyəcək: "Futbolçunun özünə veriləcək illik maaaş və bonuslar isə hələlik məxfi saxlanılır. Bilinən təkcə odur ki, "Mançester" onunla müqaviləyə "60 milyon avro ödəyən klub futbolçunun razılığı ilə onu sərbəst transfer edə bilər" maddəsini salacaq".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR