İlham Əliyev Misir parlamentinin Nümayəndələr Palatasının sədrini qəbul edib - FOTOLAR (Yenilənib)
15-05-2023 [18:04]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebalini qəbul edib.
Mia.az xəbər verir ki, Prezident İlham Əliyev Misir parlamenti Nümayəndələr Palatasının sədrinə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakına görə təşəkkürünü bildirib. Ulu Öndərin Azərbaycanın dövlət quruculuğunda müstəsna rol oynamış bir şəxsiyyət olduğunu vurğulayan dövlət başçısı eyni zamanda Ümummilli Liderin Azərbaycan-Misir əlaqələrinin inkişafında böyük xidmətlərini qeyd edib.
Prezident İlham Əliyev Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfərini məmnunluqla xatırladıb, bu səfərin əlaqələrimizin inkişafına ciddi təkan verdiyini deyib, səfər zamanı Azərbaycanla Misir arasında müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticari əlaqələrin inkişafı, enerji, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd edib.
Dövlət başçısı salamlarını Misirin Prezidentinə çatdırmağı xahiş edib.
Azərbaycanda özlərini ölkələrindəki kimi hiss etdiklərini deyən qonaq Azərbaycanla Misir arasında çox möhkəm qardaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb. “Azərbaycan bizə dost ölkədir və dostluğumuzun böyük tarixi var”, - deyən Hanaf Ali Əl Gebali qeyd edib ki, Misirdə Ulu Öndərin xatirəsi daim böyük ehtiramla anılır. O vurğulayıb ki, ölkə üçün çox çətin vaxtlarda məhz Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycan bütün sınaqlardan uğurla çıxaraq inkişaf yoluna qədəm qoyub və Prezident İlham Əliyev bu siyasəti müvəffəqiyyətlə davam etdirir.
Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq həyata keçirdikləri vurğulanıb, bu xüsusda dövlət başçısının Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında iştirakı məmnunluqla xatırladıb.
Qonaq Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu fəaliyyətinə görə təbriklərini çatdırıb, məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının dünyada rolunun və nüfuzunun daha da artdığını qeyd edib.
Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR