Hollandiya çempionu bəlli oldu

img

15-05-2023 [00:31]


Türkiyə millisinin hücumçusu Orkun Kökçünün formasını geyindiyi "Feyenoord" "Go Ahead Eagles"i məğlub edərək Hollandiya liqasının bitməsinə 2 həftə qalmış 16-cı dəfə çempionluğunu elan edib.

Mia.az xəbər verir ki, "Feyenoord"un stadionunda keçirilən görüşdə meydan sahibləri 3:0 hesablı qələbə qazanıb. "Feyenoord"un qələbə qollarını 15-də Oussama İdrissi, 18-də Santiago Gimenez və 54-də İqor Paixao vurub.

Xatırladaq ki, "Feyenoord"un kapitanı, milli futbolçumuz Orkun Kökçü 90 dəqiqə meydanda qalıb.

O, 29 liqa oyununda 8 qol vurub və 3 məhsuldar ötürmə verib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR