"Qalatasaray" ulduz furtbolçusunun maaşı xeyli artırılıb

img

15-05-2023 [10:23]


"Qalatasaray" ulduz futbolçusunun maaşını xeyli artırıb.

MİA.AZ Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub Kərəm Aktürkoğlu ilə yeni müqavilə ilə bağlı anlaşıb.

Türkiyənin "Fanatik" qəzetinin xəbərinə görə, "Qalatasaray" Kərəm Aktürkoğlunun 9.5 milyon lirə olan maaşını 20 milyona qaldırıb: "O, il ərzindıə 20 milyon maaşla yanaşı, mükafat və bonuslar da alacaq. Beləliklə, qarşıdakı mövsümdə Kərəmin ümumilikdə təxminən 30 milyon lirə alacağı  dəqiqdir. 2024/2025 sezonunda isə maaşın 40 milyona qaldırılması barədə müqaviləyə daha bir bənd əlavə olunub".

Məlumata görə, bu anlaşama ilə Kərəm "Sarı-qırmızıl"ıların heyətində ən çox maaş alan yerli futbolçu adını alıb.

Onu da qeyd edək ki, Kərəm Aktürkoğlu bu mövsüm "Qalatasaray"ın heyətində 33 rəsmi oyuna çıxıb. O, bu matçlarda 10 qol vurub, 8 məhsuldar ötürmə verib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR