"Fənərbağça" dünya ulduzu üçün "Bavariya"nın qapısını döydü

img

12-05-2023 [10:39]


"Bavariya"nın mövsümün sonunda yollarını ayırmağa qərar verdiyi 31 yaşlı dünya ulduzu Sadio Mane üçün "Fənərbağça"  hərəkətə keçib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, artıq "Sarı-Lacivetlilər" həm klubla, həm də futbolçunun meneceri ilə əlaqə saxlayıb.

Məlumata görə, komanda yoldaşını vurduğu üçün komandada "arzuolunmaz şəxs" elan olunan ulduz futbolçu da türk lklubuna "yaşıl işıq" yandırıb.

Xəbərdə deyilir ki, Sadio Mane üçün mövsümün əvvəlində "Liverpul"a 32 milyon avro ödəyən "Bavariya" futbolçunu 20 milyon avro qarşılığında satmaq niyyətindədir: "türk klubu isə bu məbləği bir az endirməyi, yaxuud daha əlverişli ödəmə sistemi ilə oyunçunu almaqda qərarlıdır"

Xatırladaq ki, seneqallı ulduz futbolçu Sadio Mane “Bavariya”nın heyətində 36 rəsmi matçda meydana çıxıb. O, 12 qol vurub, 5 məhsuldar ötürmə verib.

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR