Avropa və Konfrans liqaları: bu gün bu komandalar "döyüşəcək"

img

11-05-2023 [09:02]


Bu gün Bakı vaxtı ilə saat 23.00-da  Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Mia.az xəbər verir ki, "Yuventus" "Sevilya" ilə, "Roma" isə "Bayer"lə "döyüş"ə çıxacaq.

Xatırladaq ki, bu cütlüklərin cavab oyunları mayın 18-də keçiriləcək.

***

Bu gün, eyni zamanda, yəni saat 23.00-da Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına da start veriləcək.

Mia.az xəbər verir ki, İtaliyanın "Fiorentina" komandası İsveçrənin "Bazel" komandası ilə, Hollandiyanın  "AZ Alkmaar" komandası isə İngiltərənin "Vest Hem" komandasını sınağa çəkəcək.

Xatırladaq ki, bu komandalar arasında cavab oyunları mayın 18-də keçiriləcək.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR