"Beşiktaş"ın sabiq baş məşqçisinin yeni komandası bəlli olub

img

11-05-2023 [00:36]


Vaxtı ilə "Beşiktaş"da uğursuzluğu ilə yadda qalan Valerien İsmaelin yeni komandası bəlli olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, İngiltərənin "Uotford" komandasına baş məşqçi təyin edilib.

Bu təyinatla bağlı açıqlama verən Klubun icraçı direktoru Ben Manqa deyib ki, mayın əvvəlində belə bir anlaşma komandanın gələcəyi üçün çox mühüm uğur olacaq: "Bu, o deməkdir ki, qarşıdakı sezona daha əvvəldən hazırlaşmaq imkanı qazanacağıq. ƏIbəttə, komandamıza Valerien kimi təcrübəli birini gətirə bilmək yaxşı xəbərdir. Onunla uğurlara imza atmağı səbirsizliklə gözləyriik".

Xatırladaq ki, bu mövsümə "Beşiktaş"da başlayan və istədiyi performansı göstərə bilməyən Valerien İsmael "Hatayaspor"a səfərdə məğlubiyyətdən sonra istefa verib.

47 yaşlı məşqçi "Beşiktaş"ın başında keçirdiyi 19 rəsmi matçda 8 qələbə, 8 heç-heçə və 3 məğlubiyyət əldə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR