"Qalatasaray"ın qapıçısına Türkiyədə 1.2 milyon dollar "atıblar" - Musleranın istintaqa ifadəsi üzə çıxdı
11-05-2023 [00:05]
Türkiyədə məşhur idmançılara qarşı dələduzluq edən "Dənizbank"ın fililal müdirinin həbsi ilə bağlı hər gün maraqlı faktlar yayılır.
Mia.az xəbər verir ki, ötən gün “Qalatasaray”ın uruqvaylı qapıçısı Fernando Muslera İstanbul Prokurorluğuna gedərək “Deniz Bank”ın şöbə müdiri Seçil Ərzan tərəfindən necə aldadıldığı barədə ifadə verib.
OdaTV-nin məlumatına görə, Muslera ifadəsində "Deniz Bank"ın baş direktoru Hakan Ateş, baş direktor müavini Mehmet Aydoğdudan da şikayətçi olduğunu bildirib: "2022-ci ilin dekabr ayında investisiya məqsədi ilə "Deniz Bank" tərəfindən tez-tez banka çağırıldım. Daha sonra şöbə müdiri Seçil Ərzan yenidən mənə zəng etdi. Dedi ki, xüsusi fond qurulub və bu fondu idfarə edənlər arasında Hakan Ateş və Mehmet Aydoğdu da var. Çox yüksək faizlə gəlir təklif elədilər. Mən də bunlata inanaraq, pulumu verdim".
"Dəniz Bank" və başqa bir dövlət bankındakı hesabında ümumilikdə 1 milyon 200 min dollar olduğunu deyən Musleranın ifadəsinə görə, dekabr ayında "Denizbank"dakı 700 min dolları bir gündə çıxararaq nağdlaşdırıb: "Sonra pulu menecerim Mert Çətinə verdim.O da Seçil Ərzana çatdırdı. Daha sonra fevral ayında digər bankda olan 500.000 dollar pulumu da çıxarıb, nağd formada yenidən Seçil Erzana göndərdim. Az sonra isə aldadıldığımızı öyrəndik...".
Muslera ifadəsinin sonunda ona vurulan maddi ziyanın geri ödənilməsini tələb edib.
Xatırladaq ki, adıçəkilən bankın rəhbərliyi Muslera ilə yanaşı, "Qalatasaray"lı məşqçi Fatih Terim, Arda Turan, Selçuk İnan, Semih Kaya, Əmrə Belözoğlu və digər çoxsaylı məşhurları da aldadıb.
Türkiyə mətbuatı yazır ki, bankirlər pulllu futbolçulara və məşqçilərə zəng edərək, "sistemdən kənar fond yaradılıb, nə qədər pul yatırsanız, bir o qədər qazanacaqsınız", deyərək, onları şirnikləndirici vədlərlə ələ alıblar.
İddiaya görə, məşhurlara ümumilikdə 85 milyon dollar "atılıb".
Məlumata görə, "Denizbank"ın Levent Büyükedere Şöbəsini müdiri tərəfindən həyata keçirilən bu fırıldağın miqyası o qədər böyüyüb ki, artıq məsələyə prezident Ərdoğan müdaxilə edib.
Məlumata görə, “çox gəlirli gizli fond” vədi ilə aldadılan Emre Belözoğlu və Arda Turan prezident Ərdoğanla əlaqə yaradaraq, ondan kömək istəyiblər.
Məhz bundan sonra Ərdoğan Daxili işlər naziri Süleyman Soyluya göstəriş verib: "Bu işi həll et”.
Lamiyyə
Mia.az
Osimhen: "Mənə it kimi davrandılar"
Levent Şahin yeni vəzifəsinin icrasına başlayıb
"Azəriqaz" məzuniyyət ödənişini niyə ləngidir? - Şikayət
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Baş nazirə "Togg" hədiyyə etdi
İran Prezidenti: "Ümid edirik ki, danışıqlar prosesi konkret nəticələrə gətirib çıxaracaq"
GENERAL ƏMR VERDİ, ABŞ ORDUSU ÜÇ QAYIĞI VURDU - 11 nəfər öldü
Bloger bu sevgilisindən də ayrıldı - FOTO
Leyla Əliyeva Albaniyada - Baş nazirlə görüş + FOTOLAR
"Azərişıq" ASC-nin vəzifəli şəxsinin restoran tikintisi... - Qanunsuzluq, yoxsa... + VİDEO
Hillari Klinton Tramp administrasiyasını ittiham edir: "Epşteyn sənədlərini ört-basdır etməyə çalışırlar"
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqlandı
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb